2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənilərin təhlükəsizliyi üçün bunu edə bilərik – Video

Vurulmuş texnikanın, tankların qeydiyyat nömrələrindən məlum oldu ki, bu tanklar Rusiya ordusuna məxsus tanklardır. Buna görə biz Rusiyaya nota göndərmişdik.

 

Bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov 12 may 1994-cü il atəşkəs müqaviləsi barədə danışarkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

 

1994-cü ildə atəşkəs haqqında razılaşmanın imzalanmasından, Azərbaycanın ağır diplomatik problemlərlə qarşı-qarşıya olduğu zamanlardan danışan keçmiş nazir Qarabağda döyüşlərdə ermənilərdən başqa Ermənistanda yerləşən birləşmələrin də iştirak etdiyini bildirib.

 

Tofiq Zülfiqarov atəşkəsin bağlanmasının Azərbaycan üçün nə dərəcədə lazımlı olduğunu diqqətə çatdırıb.

 

“Əgər hərbi əməliyyatlar davam etsəydi, Rusiya bu münaqişəyə daha böyük qüvvələrlə qoşula bilərdi. O vaxt  Qraçov ermənipərəst siyasət yürüdürdü. O istəyirdi ki, ermənilərə böyük miqdarda kömək göstərilsin”, – deyə qeyd edən sabiq nazir Azərbaycanın çətin günlərindən danışıb.

 

Azərbaycan diplomatiyasının qarşısında çox çətin məsələlərin dayandığını qeyd edən Tofiq Zülfüqarov o vaxt Rusiya Xarici İşlər Nazirliyindən Vladimir Kazimirov vasitəsi ilə bir, Pavel Qraçov vasitəsi ilə başqa danışıqların aparıldığını, Minsk Qrupu çərçivəsində beynəlxalq təşkilatın nəzdində bir başqa danışıqların getdiyini diqqətə çatdırıb.

 

“Biz atəşkəsə nail olmalıydıq. Çünki Azərbaycana vaxt lazım idi ki, daxili-siyasi sabitliyi bərqərar etsin. İnvestorlar qəti deyirdilər ki, müharibə davam etsə, heç bir sərmayə gəlməyəcək. Sərmayə gəlməsə, bizim ordunu bərpa etmək imkanımız olmayacaqdı. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir”, – deyə sabiq xarici işlər naziri qeyd edib.

 

Nazir aprel döyüşlərindən sonra vəziyyətin xeyli dəyişdiyini, Azərbaycanın öz gücünü bütün dünyaya göstərdiyini də əlavə edib.

 

“Azərbaycan cəmiyyəti indi müharibəyə hazırdır. Bu baxımdan onlar nəsə əldə etmək istəyirlərsə, onlar təhülkəsizlik istəyirlərsə, təhlükəsizliyi ərazilərə dəyişdirə bilərik!” – Tofiq Zülfüqarov vurğulayıb.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button