2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistan 10 ildən sonra Macarıstanla diplomatik əlaqələrini bərpa edir

Yayımlandı: 2 Dekabr 2022 14:39

Dövlətlərin münasibəti Ramil Səfərovun Bakıya ekstradisiya edilməsinə görə kəsilmişdi

Ermənistan və Macarıstan diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar arasındakı münasibət 2012-ci ildə Macarıstanın azərbaycanlı hərbçi Ramil Səfərovu Bakıya ekstradisiya etməsindən sonra kəsilmişdi.

Ramil Səfərov 2004-cü ildə Macarıstanda təşkil olunmuş NATO-nun təlim kursları zamanı erməni zabiti Qurgen Marqaryanı balta ilə qətlə yetirib.

Buna görə o, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilib.

8 il sonra Ramil Səfərov Azərbaycana ekstradisiya edilib.

Bundan sonra, 2012-ci ildə Ermənistanın Milli Təhlükəsizlik Şurası Macarıstanla diplomatik münasibətlərini dayandırmaq barədə qərar qəbul etmişdi.

Polşada görüşən Ermənistan və Macarıstan xarici işlər nazirləri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaq niyyətində olduqlarını bildiriblər.

Həmin açıqlamada bildirilir ki, nazirlər Ararat Mirzoyan və Peter Sijarto Polşada ATƏT Nazirlər Forumu çərçivəsində keçirilən görüşdə Ermənistan-Macarıstan münasibətlərində “qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət əsasında” yeni səhifə açmaq niyyətində olduqlarını söyləyiblər.

Bundan sonra Yerevan və Budapeşt xüsusilə ticarət, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi imkanlarını araşdırmaq üçün qeyri-rezident səfirlər təyin edəcəklər. Yaxın günlərdə lazımi diplomatik və inzibati prosedurlara başlanılacaq.

Daha öncə “Azatutyun” diplomatik mənbəyə istinadən gözlənilən görüş barədə məlumat vermişdi.

“Ötən il Macarıstanın 5 erməni hərbi əsirinin vətənə qaytarılmasını dəstəklədiyini nəzərə alaraq, Ermənistan diplomatik münasibətlərin bərpası imkanlarını müzakirə edir”, – deyə medianın diplomatik mənbəsi bildirmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button