2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməlidir

Ermənistandakı “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papian hesab edir ki, Ermənistan 44 günlük sonunci Qarabağ savaşı, bundan sonra Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektib Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın hərəkətsizliyinə görə, Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməlidir.

“Bu, yeganə çıxış yoludur, ona görə də bunu gerçəkləşdirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektib Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki, birinci maddə, müttəfiq ölkəyə zərər verə biləcək hər hansı bir hərəkəti qadağan edilir. Amma Rusiya daima silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektib Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq,-deyə Papian vurğulayıb”.

Azadlıq Radiosunun Ermənistan xidməti yazır ki, Fransanın Ermənistandakı səfiri Jonatan Lakot ötən həftə radioya müsahibəsində Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlığa hazır olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Amma siyasi təhlilçi,”Qafqaz İnstitutunun rəhbəri Aleksander İskandarian hesab edir ki, Qərb ordusunun bu regionda iştirakı ağılabatan deyil.

Ermənistan-Aleksander Iskandarian, siyasi təhlilçi

O, hesab edir ki, Qərb ölkələrinin Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı öz üzərlərinə hansısa ciddi öhtəlik götürmələri real deyil.

“Üçüncü ölkələrin burda birbaşa iştirakının elə bir ciddi perespektivi yoxdur.Üçüncü ölkə deyəndə, mən regional gücləri, yəni Rusiya ilə Türkiyəni nəzərdə tutmram”,deyə o bildirib.

İskandarian deyib ki, Qərb ölkələri üçün bir təhlükəsizlik sistemi mövcuddur-NATO. Natonu isə bölgədə Türkiyə təmsil edir.

24 saat” “Ermənistan ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməlidir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button