2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Ermənistan Antalya Diplomatik Forumunda iştirak edəcəyini bildirib

Bu görüşlər iki ölkə arasında diplomatik münasibətlərin bərpa oluna və sərhədin açıla biləcəyinə ümidlər yaradır

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın xarici işlər nazirir Ararat Mirzoyan mart ayında Türkiyəyə səfər edəcək.

Reuters agentliyi yazır ki, bunu yanvarın 27-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.

Türkiyə və Ermənistan arasında 1990-cı illərdən bəri heç bir diplomatik və ticari əlaqələr yoxdur.

Bu ayın əvvəllərində Türkiyə və Ermənistan bildirmişdilər ki, son on ildə iki ölkənin nümayəndələri arasında münasibətlərin normallaşdırılmasına dair ilk dəfə keçirilən danışıqlar “pozitiv və konstruktiv” olub.

Reuters yazır ki, bu görüşlər iki ölkə arasında diplomatik münasibətlərin bərpa oluna və sərhədin açıla biləcəyinə ümidlər yaradır.

Ermənistan və Türkiyə arasında ən çox mübahiisələrə səbəb olan məqam 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin qətliamı məsələsidir.

Ermənilər bu hadisələr zamanı 1.5 milyon soydaşlarının qətlə yetirildiyini və bunun soyqırım olduğunu bildirirlər.

Türkiyə ölü sayının bundan qat-qat az olmasında və qurbanların I Dünya Müharibəsinin əməlliyyatları zamanı öldürülməsində israrlıdır.

İddialar olmayacaq

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Yerevan Türkiyənin sərhədlərini tanıyır və iki ölkə arasında təmaslarda “soyqırım və ərazi iddiaları” ön şərt kimi qoyulmayacaq.

Bundan başqa iki ölkə arasında münasibətlər 2020-ci ildə Dağlıq Qarabağda müharibə ilə bağlı pisləşib.

Türkiyə bundan əvvəl Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə ittiham edirdi.

Lakin müharibə başa çatdıqdan sonra Ankara Yerevanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bildirib.

Yanvarın 27-də Ankarada danışan Çavuşoğlu bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ankaranın martın 11-13-də Türkiyədə keçiriləcək Antalya Diplomatik Forumunda iştirak üçün dəvətinə müsbət cavab verib.

“Qoy Azərbaycan və Ermənistan bu forumda danışsınlar”

Cavuşoğlu bildirib ki, sözü gedən forumda Mirzoyanla yanaşı Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da iştirak edəcək.

Rubinyan hazırda davam edən Türkiyə-Ermənistan danışıqlarında Yerevanın xüsusi nümayəndəsidir:

“Biz bu addımı alqışlayırıq, çünki bu tədbirə Azərbaycan da gəlir. Qoy burada Azərbaycan öz baxışlarını, Ermənistan isə öz mövqeyini açıqlasın. Bu, iki ölkə arasında etimadyaratma tədbirlərindən biri ola bilər”.

Bu ay keçirilən Türkiyə-Ermənistan danışıqları 2009-cu ildən bəri iki ölkə aarasında ilk üzbəüz dialoq olub.

2009-cu ildə əldə olunmuş Sürix protokolları sonradan ratifikasiya olunmamışdı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button