2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Ermənistan Azərbaycanı təcrid etməyə çalışır”

 

Ərəstun Oruclu: “Rusiya və Ermənistan bütün hallarda silah mübadiləsi edəcək”

Məlum olduğu kimi, rəsmi İrəvan Rusiya və dünyanı Ermənistana və Azərbaycana qarşı silah satışı məsələsində embarqo tətbiq etməyə çağırıb. Ermənistan hesab edir ki, Rusiyanın hər iki tərəfi sürətlə silahlandırması düzgün deyil və vəziyyəti daha da mürəkkəbləşdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, münaqişə tərəflərinə silah satışı ilə bağlı embarqonun tətbiqi Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu belə bir embarqonun Azərbaycan üçün sərfedici omadığını vurğulayıb:

“Belə bir embarqonun tətbiqi Azərbaycanın maraqlarına cavab vermir. Ermənistanın bu çağırışında məqsəd Azərbaycanı təcrid eləməkdir. Çünki Rusiya və Ermənistan hərbi müttəfiqdir. Onlar istər-istəməz silah-sursat mübadiləsini həyata keçirəcəklər. Bleə bir təklifi irəli sürməkdə məqsəd Azərbaycanı təcrid eləmək, onun imkanlarını məhdudlaşdırmaqdır”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button