2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistan Azərbaycanın etiraz etdiyi sənəddən razı qaldığını ifadə edir

Yayımlandı: 23 Noyabr 2022 16:52

Vaan Unanyan: “Məncə, əlimizdə çox yaxşı bir sənəd var”

Frankofoniya sammitinin “Böhran vəziyyətləri, onların qarşısının alınması və sülhün möhkəmləndirilməsi” qətnaməsinin noyabrın 23-də yayılacağı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Vaan Unanyan “Azadlıq” radiosunun erməni xidmətinə (“Azatutyun”) danışıb.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də YAP-nin yubileyində demişdi ki, Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı.

O iddia edirdi ki, bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir:

“Hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdu və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, – onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, – səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı”.

Ancaq Vaan Unanyan əksini söyləyib. Onun sözlərinə görə, layihə sammitdə bütünlükdə qəbul edilib: “Əgər Azərbaycan istədiyinə nail olsaydı, hər şey onların istədiyi kimi getsəydi, onda bu qədər bəyanat verməzdilər”.

XİN rəsmisi layihəyə Albaniya, Rumıniya və Moldovanın Ermənistan-Azərbaycan və Qarabağ münaqişələri ilə bağlı düzəlişləri olub:

“Bəli, həmin dövlətlər mətnin qəbuluna mane olmağa çalışıblar, lakin sonda qətnamə layihədə təqdim edildiyi formada qəbul edilib. Albaniya Rumıniya və Moldovanın dəstəyi ilə bu məsələlərlə bağlı müzakirələri bərpa etməyə çalışdı, lakin xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin apardığı iş və ümumilikdə Frankofoniyada Ermənistanla həmrəylik bu müzakirənin baş tutmamasıyla nəticələndi. Yəni həmin ölkələr istədiklərinə nail olmadılar”.

Frankofoniya sammiti

Unanyan məlum sənədə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması ilə bağlı ifadənin daxil edilməsi ilə bağlı suala konkret cavab verməyib.

Sənəddə belə bir ifadə də yer almayıb. Bununla belə, Vaan Hunanya sənədin Yerevanı qane etdiyini bildirib.

“Layihə nazirlər konfransına çatmazdan əvvəl müəyyən təsdiq proseslərindən keçir, 54 üzv dövlət, üstəgəl 7 assosiativ üzv və müşahidəçi var. İstənilən halda, daha yaxşı, kəskin qətnamə qınama əldə etmək olardı. Ancaq bu, əldə edə bildiyimiz ən mümkün sənəddir, məncə, əlimizdə çox yaxşı bir sənəd var”, – deyə Unanyan əlavə edib.

Qətnamə Ermənistana nə verir sualına gəlincə, XİN rəsmisi söyləyib ki, bu, çox vacib idi – həm qətnamə, həm də bəyannamə: “O mənada ki, beynəlxalq ictimaiyyətin Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı mövqeyini aydın ifadə edir. Diplomatik dillə desək, bu, Ermənistana dəstəkdir”.

Foto: XİN

Noyabrın 19-da Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən Zirvə Görüşü barədə bəyanat yayıb.

Nazirlik bildirib ki, sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb:

“Bu təzyiqlərə baxmayaraq, noyabrın 18-də keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin nazirlər iclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button