2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Ermənistan çəkinmədən raket sistemlərinin düyməsini basa bilər”

 

Üzeyir Cəfərov: “Əliyaln insanların qətliamını törədən ermənilər üçün bu, tamamilə mümkündür”

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov 24saat.org-a açıqlamasında Ermənistanın malik olduğu raket sistemlərindən hər an istifadə edə biləcəyini vurğulayıb. Ekspertin sözlərinə görə, erməni xislətinin mahiyyəti buna tamamilə imkan verir:

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan Bakını, Mingçeviri “İsgəndər” raketlri ilə vuracağı ilə bağlı sərsəm-sərsəm bəyanatlar səsləndirir. Bu, erməni xislətinə, etməni təbiətinə xass olan bəyanatlardır və təbii ki, biz buna təəccüblənmirik. Əliyalın, silahsız dinc insanların qətliamını həyata keçirən ermənilərin çəkinmədən “İsgəndər” və digər raketlərin düyməsini basa bilərlər. Şübhəsiz, əgər ermənilr belə bir təxribata əl atsalar, o zaman bunun cavabını artıqlaması ilə alacaqlar. Azərbaycanın bu kimi addımlara qarşı cavab zərbəsi olduqca ciddi və amansız olacaq”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button