2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ermənistan dron istehsalına başlayacağını deyir


Ermənistanın pilotsuz uçan aparatları (PUA) hazırda dövlət sınağından keçirilir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə bunu fevralın 9-da Yerevanda keçirilən mətbuat konfransında yüksək texnologiyalar sənayesi naziri və dövlət hərbi-sənaye komitəsinin başçısı Akop Arşakyan deyib.

O bildirib ki, sözü gedən sınaqlardan sonra Ermənistanda hərbi dronların istehsalına başlanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, Ermənistanda kəşfiyyat PUA-larının seriya istehsalına yalnız 2020-ci ildə başlanıb və “bu dronlardan 44 günlük müharibədə uğurla istifadə olunub”.

Arşakyan bildirib ki, kəşfiyyat dronlarından fərqli olaraq zərbə dronları hazırda sınaq mərhələsindədir.

Nazirin sözlərinə görə 2019-cu ildə hərbi-sənaye kompleksinin tədqiqat və işləmələrinə 3,8 milyard dram (7.2 milyon dollar), 2020-ci ildə 6.7 milyard dram (12 milyon dollar), amma 2021-ci ildə 4.6 milyard dram (8.8 milyon dollar) ayrılıb.

 

Buna vaxt lazımdır

Arşakyan deyib ki, gələcəyin texnologiyaları təkcə dronlarla məhdudlaşmayacaq və bura həm də robotlaşdırılmış komplekslər, optik-lazer və elektron zərbə vasitələri daxil olacaq.

Nazir əlavə edib ki, erməni dronlarının sınaqlarında habelə süni zəka alqoritmlərindən istifadə olunub.

Onun sözlərinə görə bu, dronlara mərkəzlə əks-əlaqə saxlamadan müstəqil qərarlar qəbul etmək imkanı verir.

Akop Arşakyan deyib ki, ən müasir silahlardan istifadəyə hazırlıq üçün vaxt lazımdır:

“Siz dünyanın ən müasir silahları ilə silahlansanız da, əgər onları idarə edə bilmirsinizsə, nəticədə müharibəni uduzacaqsınız…Bunun üçün xüsusi ordu birləşmələri yaradılmalıdır…Bəli bu proses böyük miqyasla başlanıb və davam etdirilməlidir”.

Arşakyan deyib ki, Ermənistan ordusu artilleriya, minaatan və qumbaraatan mərmiləri ilə bu ildən tamamilə yerli istehsal hesabına təchiz ediləcək.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button