2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ermənistan İranla əlbir olaraq Avropaya narkotrafik həyata keçirirdi

Bakı/15.10.21 Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sərhədlərin delimitasiyası haqqında və Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır. Bu barədə prezident İlham Əliyev oktyabrın 15-də MDB dövlət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

O, Ermənistanı minalanmış sahələrin tam xəritələrini verməkdən imtina etməkdə ittiham edib, daha əvvəl verilən xəritələr isə 25% dəqiqdir, deyə o bildirib.

30 il ərzində Ermənistan İranla əlbir olaraq Azərbaycanın işğal altında olan ərazilərindən Avropaya narkotrafik həyata keçirmək üçün istifadə edib, deyə o əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan erməni əsirlərin azad edilməsi müqabilində minalanmış sahələrin xəritələrini təhvil verməyə hazırdır.

O, həmçinin Azərbaycan və Ermənistan eyni zamanda qoşunlarını sərhəddən çəkərsə, sərhədlərin delimitasiyasına başlamağa hazır olduğunu bildirib.

Paşinyan Azərbaycanla kommunikasiyalar “qarşılıqlı olaraq” açılarsa, bunu mümkün hesab edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmiryolu və avtomobil əlaqəsi, həmçinin İranla dəmiryolu əlaqəsi, Azərbaycan isə Erməmnistan ərazisindən Naxçıvanla əlaqə əldə edəcək. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button