2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ermənistan itkilər olduğunu deyir, Azərbaycan təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 16-da saat 21:35 radələrində cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Açıqlamaya görə, Azərbaycan ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil :

“Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır. ”, deyə nazirliyin məlumatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin saat 22:50 radələrində yaydığı başqa məlumatda isə Azərbaycan ordusunun Ermənistan ərazisindəki kəndlər və əhalini atəşə tutması barədə deyilənlər təkzib edilir.

Azırbaycan Müdafiə Nazirliyinin binası

Naxçıvan, Kəlbəcər və Gədəbəydə mövqelərinin vurulduğu bildirilir.

Azırbaycanın Müdafiə Nazirliyi bildirir ki, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Nazirlik Naxçıvan, Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 16-da gecə saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 16-sı saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Habelə bildirilir ki, Azərbaycanın Kəlbəcər rayonunun Yellicə və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də saat 21:20-dək atıcı silahlardan, iriçaplı pulemyotlardan vurulub.

Qeyd edilir ki, bundan əlavə saat 21:35-dən 22:28-dək qarşı tərəf mövqelərindən Azərbaycan ordusunun Gədəbəy rayonunun Zamanlı və Qalakənd yaşayış məntəqələrindəki mövqelərini də atıcı silahlardan atəşə tutub.

Vurğulanır ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bütün bu məlumatlara, hələlik, Ermənistan tərədən münasibət bəlli deyil.

Ermənistan tərəfi mövqelərinin atəşə tutulduğunu deyir.

Ermənistan Müdafiə Nazirliyinin bundan əvvəl verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri avqustun 16-ı saat 18:10 radələrində Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqarkunik bölgəsindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Ermənistan ordusunun N saylı hissəsinin əsgəri Arman Akopyanın ölümcül güllə yarası aldığı bildirilir.

Ermənistan tərəfinin məlumatına görə, cavab tədbirləri nəticəsində həmçinin azı 3 Azərbaycan hərbçisi həlak olub, biri isə yaralanıb.

Ermənistanın müdafiə nazirliyi həmçinin bundan əvvəl saat 09:50 radələrində də, Naxçıvanla həmsərhəd olan Erasx istiqamətində baş gizir Vaan Tatosyanın da snayper gülləsindən ölümcül güllə yarası aldığını bildirmişdi.

Nazirlik avqustun 16-a keçən gecə də Azərbaycan tərəfinin sərhədin Syunik istiqamətində, xüsusilə də “Qaragöl” ərazisində mövqe dəyişikliyi etməyə cəhd göstərdiyini, amma geri oturdulduğunu iddia edir.

Ermənistan tərəfinin məlumatına görə, orda baş verən atışmada azı 1 Azərbaycan əsgəri həlak olub.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button