2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ermənistan müharibədən öncəki destruktiv siyasi ritorikaya üstünlük verir-MSDM

Bakı/25.11.21Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) noyabrın 25-də keçirilmiş  toplantısında  2-ci Qarabag müharibəsindən sonra ötən bir il ərzində yaranmış vəziyyət, problemlər və onların həlli yolları müzakirə edilib.

Qurumun yaydığı məlumatda 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi  tarixi  uğur adlandırlır və bu qələbənin yüksək qiymətləndirildiyi vurğulanır.

Eyni zamanda, Rusiyalı hərbçilərin sülhməramlı adı altında Qarabağa yerləşdirilməsi faktına cəmiyyətdə mənfi münasibət olduğu deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində hələlik ciddi irəliləyiş olmadığı xatırladılır.

Eyni zamanda hazırda 3150 kv. km ərazi Rusiya hərbçilərinin və erməni silahlı birləşmələrinin tam nəzarətində olduğu üçün ərazi bütpvlünün tamamlanmadığı vurğulanır.

Həm də deyilir ki, hakimiyyət Xankəndi və işğal altında qalan digər ərazilərlə bağlı mövzularda susqunluq nümayiş etdirir.

Məlumata görə, Azərbaycandakı siyasi rejimin bir sıra obyektiv və subyektiv səbəblərdən beynəlxalq aləmdə qarşılaşdığı problemlər də nəzərə alınarsa, döyüş meydanında qazanılan qələbənin diplomatiya savaşında əldən verilməsi təhlükəsi cəmiyyətdə  ciddi narahatçılıqla qarşılanır. 

“Müharibədəki acı məğlubiyyətdən sonra yaranmış siyasi böhranı qismən aradan qaldırmağa nail olmuş Paşinyan hökuməti iki iddiasına  konfliktin tam bitmədiyi və Yuxarı Qarabağda yaşayan ermənilərin  statusu ilə əlaqədar  – beynəlxalq aləmdən dəstək almaqdadır”, deyə çəlumatda qeyd edilir.

Məlumatda  son vaxtlar Ermənistanın müharibədən əvvəlki destruktiv siyasi ritorikaya üstünlük verməsi xüsusi vurğulanır.

Məlumata görə Ermənistan baş naziri açıq şəkildə bəyan edir ki, Zəngəzur dəhlizi danışıqlar mövzusu deyil, bu isə o demədkir ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə bağlanan üçtərəfli bəyanatda qeyd olunan öhdəlikləri yerinə yetirməkdən açıq şəkildə imtina edir.

Müəlliflərə görə, buna cavab olaraq Azərbaycan  Ermənistandan zorla çıxaırlmış azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı və statusunun müəyyən edilməsi məsələsini siyasi gündəmə gətirməlidir.

MSDM hesab edir ki, ölkə rəhbərliyi milli maraqlara uyğun olan qətiyyətli addımlar atacağı təqdirdə, hətta bu addımların mümkün fəsadları ola biləcəyi halda belə, bütövlükdə cəmiyyətin, o cümlədən siyasi müxalifətin təmannasız dəstəyinə ümid edə bilər.-05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button