2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

Qarabağ münaqişəsi mövzusunda son günlər müzakirə olunan məsələlərdən biri də Rusiya ilə Ermənistan arasında ortaq hərbi qruplaşmanın yaradılması ideyasıdır. Artıq məlumdur ki, Rusiya prezidenti Vladimir Putin belə qruplaşmanın yaradılması yönündə Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə işləmək barədə müvafiq göstəriş verib.

Maraqlıdır ki, işğalçı Ermənistanda bu ideya heç də isti qarşılanmayıb. Xüsusilə də müstəqil ekspert dairələrində “ortaq ordu”dan gözləntilər pozitiv qiymətləndirilmir və bunun daha çox Rusiyaya gərək olduğu vurğulanır. Məsələn, tanınmış erməni siyasi təhlilçilərindən olan İqor Muradyan qeyd etmişdi ki, artıq erməni ordusu dağılır, Ermənistan isə bütünlüklə Rusiyanın tabeçiliyinə keçir. Öz növbəsində rusiyalı təhlilçilər vəziyyətin daha ciddi olduğunu və Kremlin yeni ideya kontekstində Qarabağ məsələsini da göz önünə aldığını bildirirlər.
***
Məsələn, mövzunu şərh edən rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsov hesab edir ki, əslində bununla birləşmiş qruplaşmadakı erməni zabitlər sırf əmr yerinə yetirənlər rolunda olacaqlar, bütün qərarları isə rusiyalı hərbçilər qəbul edəcəklər. Bu barədə analitikin rusdilli vesti.az-da dərc olunan müəllif məqaləsində deyilir.
“Faktiki surətdə söhbət Ermənistan silahlı qüvvələrinin bütün yüksək texnologiyalı hissələrinin Rusiyaya tabe etdirilməsindən gedir. Bu isə Ermənistanın başqa hərbi hissələrinin müstəqil hərəkətlərini iflic edəcək və ya onların istifadəsini 2-ci Dünya müharibəsi dövründəki strategiya və taktika səviyyəsinə endirəcək”, – deyə ekspert qeyd edir.
Image result for Oleq Kuznetsov
Rusiyalı analitik daha sonra yazır: “Bununla əlaqədar Ermənistan üçün hansı nəticələrin ortaya çıxması və Dağlıq Qarabağ konfliktinin nizamlanmasına hansı təsirlərin olmasından dolayı hərbi-siyasi xarakterli sual ortaya çıxır. Sualın iki hissəsini ayrı-ayrılıqda nəzərdən keçirmək istərdim. Şübhəsiz ki, Rusiya və Ermənistanın birləşmiş qruplaşması xarici təcavüz olacağı təqdirdə Ermənistanın müdafiə qabiliyyətini artıracaq (Təbii ki, Azərbaycan və Türkiyə Ermənistana hücum etməyə hazırlaşmır – S.S.) Çünki o halda bu ölkənin silahlı qüvvələri Rusiya tərəfinin resurslarına çıxış əldə edəcək. Ancaq bu çıxış təkcə mövcud texniki reqlamentlərlə deyil, həm də qruplaşmanın Rusiya Müdafiə Nazirliyindən olan komandanlığından və ya Kremldən alınan əmr və direktivlərlə şərtlənəcək”.
Image result for Kreml
Ekspert düşünmür ki, bu əmr və direktivlər birtərəfli qaydada Ermənistanın maraqlarını ciddiyə alacaq – əgər həmin maraqlar Rusiyanın, daha doğrusu, onun siyasi rəhbərliyinin maraqları ilə ziddiyyət təşkil edəcəksə: “Mahiyyət etibarilə Ermənistan silahlı qüvvələrinin bölmələri Rusiya komandanlığına tabe etdiriləcək. Bunun ardınca Ermənistanın müdafiə nazirinin bilavasitə öhdəsində yalnız səhra qoşunları – piyada qüvvələri, tanklar, artilleriya, cəbhə aviasiyası qalacaq. Bundan artıq heç nə.
Özü də bu qruplaşma və hissələrə texniki idarəçilik rusiyalı hərbçilərinin öhdəsinə keçəcək. Başqa sözlə, ən yaxın zamanda Ermənistan ordusu Kremlin istədiyi şəkildə idarə olunacaq və döyüşəcək. Praktikada bu, o deməkdir ki, Serj Sərkisyanın siyasi rejimi özündə hakimiyyət illüziyasını saxlamaq, reallıqda isə öz fiziki mövcudluğu naminə ölkəsini qəti olaraq Rusiyanın satelliti vəziyyətinə keçirir”.
Image result for Sərkisyan
“Rusiyanın mövqeyi yaxşı məlumdur: konfliktin mərhələli həlli – hətta bu, Ermənistanın dövlət suverenliyinin itirilməsi hesabına olsa belə…”
Bütün bunların Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyinə toxunan Oleq Kuznetsov daha sonra qeyd edir ki, Rusiya ilə Ermənistan arasında birləşmiş ordu birləşməsinin yaradılmasından sonra İrəvan sülh danışıqlarının yalnız nominal və ya formal iştirakçısına çevriləcək və onun iradəsindən heç nə asılı olmayacaq: “ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçiliyi də özünün qeyri-effektliliyi və səylərinin perspektivsizliyi səbəbindən əhəmiyyətini itirəcək. Mahiyyət etibarilə Dağlıq Qarabağ konflikti postsovet məkanının daxili konfliktinə çevriləcək, onun şəriksiz moderatoru qismində isə faktiki, Kreml çıxış edəcək. Dağlıq Qarabağın taleyi də məhz Moskvanın mövqeyindən asılı olacaq, İrəvanın yox. Rusiyanın mövqeyi isə yaxşı məlumdur: konfliktin mərhələli şəkildə həlli – hətta gördüyümüz kimi, bu, Ermənistanın dövlət suverenliyinin itirilməsi hesabına olsa belə”.
Image result for Armenian army
***
Yada salaq ki, vahid ordu ideyasından öncə Rusiya Ermənistanın hava məkanını da öz nəzarətinə götürüb. İşğalçı ölkənin xarici sərhədləri isə çoxdan rus hərbçiləri tərəfindən qorunur. Getdikcə güclənən tendensiyadan da  göründüyü kimi, söhbət əslində Moskvanın yeni Qarabağ planından gedir.
Bu plana əsasən, Dağlıq Qarabağ məsələsində əsas söz sahibi nə Qərb (ABŞ, Fransa) olacaq, nə də getdikcə daha güclü şəkildə Moskvanın asılılığına düşən təcavüzkar Ermənistan. Söz sahibliyi yalnız Kremlə məxsus olacaq. Demək, Bakı doğrudan da öncə Kremllə anlaşmalı olacaq.  (musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button