2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənistan ordusunda ara qarışdı – Həbslər başladı

Ermənistan ordusunun polkovniki David Abraamyan saxlanılıb. ANS PRESS-in məlumatına görə, Abraamyan Ermənistan ordusunun avtomobil nəqliyyatı xidmətinin rəisi olub.

“Abraamyan Ermənistan istintaq komitəsinin hərbi istintaq idarəsində araşdırılan cinayət işinə əsasən saxlanılıb”, – deyə Ermənistan istintaq komitəsinin sədrinin məsləhətçisi Sona Truzyan bildirib.

Erməni mətbuatının yazdıqlarına görə, yaxın vaxtlarda Ermənistanın müdafiə idarəsində yeni istefalar gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Mətbuat həmçinin işlərində buraxılmış noqsanlar səbəbindən yaxın vaxtlarda Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli rəhbərlərindən bir neçəsinin öz vəzifələriylə vidalaşacaqlarını qeyd edib.

İşdən çıxarılan hərbçilər - sağda Alik Mirzəbekyan, solda Arşak Karapetyan

İşdən çıxarılan hərbçilər – sağda Alik Mirzəbekyan, solda Arşak Karapetyan

Cəbhədə baş verən son hadisələr onsuz da Ermənistanın müdafiə nazirliyinin yarıtmaz fəaliyyətindən narazı olan toplumu bir az da hiddətləndirib. Ermənistan prezidenti Serj Sarkisyan bu narazılıqdan sonra bir neçə yüksəkrütbəli hərbçini işdən çıxarmaq qərarına gəlib. O, bu barədə aprelin 26-da əmr imzalayıb.

Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyanı işdən çıxarılıb. İşdən qovulanlar arasında Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.

Bu tədbirlərin də Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

Görünür “Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi çox azdır” deyən Sarkisyan da ölkəsinin ordusunun, hərbi rəhbərliyinin yarıtmaz fəaliyyətini qəbul etməyə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button