2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Ermənistan Özbəkistanda həqiqətlərin geniş yayılmasından bərk narahat olub”

“Yayılan bu xəbərə biganə qalmamalıyıq. Özəlliklə qardaş Özbəkistandakı Azərbaycan diasporu, bu ölkə ilə çalışan qurumlarımız Şuxrat Salamova dəstək olmalı, erməni lobbisi və Ermənistanın ona qarşı çirkin təbliğatına, məqsədlərinə çatmalarına imkan verməməliyik. Ölkəmizin Özbəkistandakı səfiri Şuxrat bəyin “Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabını mənə hədiyyə etmişdi. Oxudum. Erməni yalanlarını Özbəkistan cəmiyyətinə çatdırmaqda ən tutarlı kitabdır. Buna qədər bir Özbəkistan türkünün erməni yalanları ilə bağlı belə kitabına rast gəlməmişdim.Görünür erməni diasporu, lobbisi və Ermənistan Özbəkistan cəmiyyəti arasında həqiqətlərin geniş yayılmasından bərk narahat olub və ona qarşı çirkin əməllərə əl atmağa başlayıblar. Bununla başqalarına da məsaj vermək istəyirlər ki kim belə bir mövqe ortaya qoysa ona qarşı da bu cür addımlar atacağıq. Şuxrat bəyi müdafiə etmək hamımızın borcumuzdur. Özbəkistanda və dünyanın hər yerində yaşayan özbək türkləri qardaşlarımıza,dostlara da səslənərək gəlin ermənilərin Şuxrat bəyə qarşı çirkin əməllərinin məqsədlərinə çatmasına imkan verməyək. Gəlin Şuxrat bəyə daha çox dəstək olaq.”

Qənirə Paşayeva, millət vəkili

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button