2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan parlamenti Azərbaycana rəsmən müharibə elan etdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün “İldırım 2018” komanda-qərargah təlimləri çərçivəsində Müdafiə Nazirliyinə gedib və qısa brifinq keçirib. Paşinyan deyib ki, təlimlərin ssenarisində “ən pis variant” nəzərdən keçirilir, məqsəd “ən yaxşı varianta” hazırlaşmaqdır. Bununla belə o ssenarinin 2016-cı ilin aprel hadisələrini təkarlamadığını deyib.

“Ermənistan Dağlıq Qarabağın qarantıdır. Əlbətdə, hərbi situasiya əsasən Qarabağ münaqişəsi ilə bağlıdır”-o bildirib. Paşinyan Dağlıq Qarabağın mümkün müharibəyə qarşı hazırlığının da təlimlərdə “nəzərə alındığını” deyib.

Təlimlərin ssenarisinə əsasən regionda vəziyyətin kəskinləşməsindən istifadə edən Azərbaycan Qarabağda müharibəyə başlayır, eyni zamanda Ermənistanın sərhəd kəndlərini atəşə tutur. Azərbaycanı Türkiyə dəstəkləyir. Ermənistan kömək üçün KTMT-yə müraciət edir və Birləşmiş Rusiya-Ermənistan qoşun qruplaşması çərçivəsində “tədbirlər görülür”.

Saytların yığılması Saytlarin yigilmasi

Ssenariyə görə, Ermənistan “şərti olaraq itirilmiş torpaqları geri qaytarır”. Bunu Ermənistan Silhlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə bildirib.

“Biz “Şant-2018″ təlimlrinin ssenarisi üzrə itirilmiş əraziləri qaytardıq. Düşmən neytral zonada manevrlər etdi, biz buna mane olduq. Lakin sərhəd zonası artilleriya tərəfindən atəşə tutulub, yaralananlar və həlak olanlar var. SQ atəş nöqtələrini sıxışdırır. Hazırda ölkədə hərbi vəziyyət elan edilməyib, ancaq vəziyyət buna doğru gedir”, – o deyib.

*   *   *13:37

Məlumat verildiyi kimi, “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamenti Azərbaycana müharibə elan edilməsi haqqında qərar qəbul edib.

Bir neçə saat öncə Azərbaycana müharibə elan edilməsi haqqında qərar Ermənistan parlamentinin rəsmi saytında dərc olunub.

Bundan əlavə, həmin saytda yeni məlumat da əksini tapıb. Belə ki, burada Ermənistan parlamentinin sədrinin qərar qəbul olunduqdan sonra gördüyü tədbirlərdən danışılır.

“Qərar qəbul edildikdən sonra Ermənistan parlamentinin sədri, daimi komitələrin sədrləri və dostluq qruplarının rəhbərləri beynəlxalq tərəfdaşları Ermənistanda yaranmış vəziyyətlə bağlı məlumatlandırıblar və erməni tərəfinin mövqeyi barədə ətraflı informasiya veriblər”, – Ermənistan parlamentinin saytındakı yeni məlumatda deyilir.

*   *   *11:03

Ötən gün sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu qərar sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb.

“Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”-qərarda belə deyilir.

“Şant-2018” hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri “planlı xarakter daşıyır” və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.

“Şant” təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması İrəvandakı indiki hakimiyyətin növbəti qızışdırıcı addımı sayılmalıdır

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button