2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ermənistan parlamenti üçtərəfli bəyanatı müzakirəyə çıxarmadı


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, müxalifətin “Maariflənmiş Ermənistan” parlament fraksiyası hərbi əsirlərin və 10 noyabr üçtərəfli bəyanatının qanuniliyi məsələsini müzakirə etməyi təklif etsə də, bu məsələ gündəliyə daxil edilməyib.

Bundan əvvəl həmin təklifin layihəsinə parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyası mənfi rəy vermişdi.

Müxalifət fraksiyasının üzvü, deputat Taron Simonyan layihənin səsə qoyulmasından əvvəl deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat beynəlxalq qanunlara ziddir və hədə altında imzalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

O əlavə edib ki, 9 bənddən ibarət bəyanatın yalnız bir bəndi – hərbi əsirlərə aid bəndi həyata keçirilməyib.

Simonyan bu məsələni parlament müzakirəsinə çıxarmaq üçün daha bir imkandan istifadə etməyə çağırıb.

O deyib ki, bu məsələnin müzakirəyə çıxarılması beynəlxalq qanunun pozulmasının “Azərbaycan tərəfindən cinayət olmasına” diqqəti çəkmək üçün daha bir imkandır.

Müxalifətçi deputat əsirlərin qaytarılmamasını beynəlxalq qanunun pozulması adlandırıb.

Hakim “Mənim addımım” fraksiyasının deputatı Arusyak Culakyan izah edib ki, bu məsələlərin müzakirəsi üçün Milli Məclisin səlahiyyəti və lazımi prosedur qaydaları yoxdur.

 

Gərginliyi artıran təklif

Hakim fraksiyanın daha bir deputatı – Lilit Makunts deyib ki, müharibədən sonra yaranmış vəziyyətin aradan qaldırılması üçün hakimiyyət yol xəritəsi təqdim edib.

Xanım Makunts bütün fraksiyaları bu məsələnin müzakirəsinə qoşulmağa çağırıb.

Bundan başqa həm də növbədənkənar parlament seçkisinin keçirilməsinə dair məsələnin müzakirəyə qoyulması təklif olunub.

Deputat vurğulayıb ki, müxalifətin təklif etdiyi məsələnin müzakirə edilməsi gərginliyin aradan qaldırılmasına xidmət etmir, əksinə yaranmış situasiyanı daha da mürəkkəbləşdirir.

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının deputatı Edmon Marukyan bildirib ki, təklifin birinci bəndi müzakirə olunmaya bilər. Birinci bənddə söhbət “baş nazirin məğlubiyyət simvolu olmasından” gedirdi.

Hakim fraksiya habelə həqiqi və müqaviləli hərbi xidmətdə olanların, könüllülərin, itkin və əsirlərin ailələrinə maddi yardım göstərilməsinə dair təklifi də müzakirəyə çıxarmaqdan imtina edib.

Hakimiyyət bildirir ki, bu məsələ artıq sosial təminat qaydası şəklində həll olunub.

Yanvarın 18-də keçirilən sessiyada müxalif “Çiçəklənən Ermənistan” fraksiyası Nikol Paşinyanın istefaya getməsi təklifini bir daha irəli sürüb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button