2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ermənistan Qarabağa görə Hindistana təşəkkür edir

Ermənistan Hindistanın Pakistanla onillərdir davam edən ərazi mübahisəsində Nyu Dehliyə dəstəyini bir daha dilə gətirib. Rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsilə bağlı “hədəfli bəyanatlarına görə” Hindistana minnətdarlığını bildirib.

“Ermənistan Cammu və Kəşmir məsələsində Hindistanı daim dəstəkləyib”, – Xarici işlər vəzifəsini icra edən Armen Qriqoryan avqustun 15-də Yerevanda Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə tədbirdə deyib.

“Eyni zamanda, Artsaxa (ermənilər Qarabağa belə deyirlər) Azərbaycan-Türkiyə təcavüzü, regiona əcnəbi döyüşçülərin gətirilməsi, Ermənistan sərhədlərinin pozulması ilə əlaqədar Hindistan hakimiyyətinin hədəfli bəyanatlarını dəyərləndiririk”, – Qriqoryan vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Açılmamış potensial”

Nazir əvəzi iki ölkənin qarşılıqlı münasibətlərinin “açılmamış potensial”ından da söz açıb, buraya “siyasi, təhlükəsizlik, hərbi, iqtisadi, biznes, mədəni və təhsil sahələrində əməkdaşlığın” daxil olduğunu deyib.

Tədbirə Hindistanın səfiri, Hindistan parlamentinin üzvü də qatılıb.

Əsasən müsəlmanların yaşadığı Cammu və Kəşmirə həm Pakistan, həm də Hindistan iddia edir. Hindistan-Pakistan müharibəsini bitirmiş 1972-ci il razılaşmasından sonra Hindistan regionun üçdə ikisinə nəzarət edir.

2019-cu ildə Hindistanın Baş naziri Narendra Modinin hindu millətçi hökuməti regionun yarımuxtrar statusunu alıb, konstitusiyasını ləğv edib və onu iki federal əraziyə parçalayıb.

Ermənistanın Pakistanla diplomatik əlaqələri yoxdur. Pakistan 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanın müstəqilliyini tanımayıb.

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Pakistan da Türkiyə kimi Azərbaycana müharibədə açıq dəstək verib. Müharibə bitəndən sonra Pakistan Azərbaycan və Türkiyə ilə birgə hərbi təlimlərə qatılıb.

Hindistan mayda Azərbaycanı Ermənistanın sərhədini pozmaqda ittiham edərək “qüvvələrini dərhal geri çəkməyə, hər hansı gələcək provokasiyanı dayandırmağa” çağırıb.

Azərbaycan Ermənistanla sərhəd mövqelərini dəqiqləşdirdiyini bildirir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button