2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan şəhidimizin cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürür

Ermənistan tərəfi dekabrın 29-da düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürür.

Publika.az xəbər verir ki, rəsmi İrəvan Qırmızı Xaç Komitəsinə “Azərbaycanın sərhəddə baş vermiş toqquşmanı törətdiyini boynuna alarsa”, cəsədi qaytara biləcəyini deyib.

Bu barədə “Aykakan jamanax” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qırmızı Xaç Komitəsinin İrəvan ofisinin nümayəndəsi Asmik Qalstyan isə panorama.am saytına açıqlamasına deyib ki, Azərbaycan hərbiçisinin cəsədinin qaytarılması istiqamətində danışıqlar aparılır.

“Danışıqlar məxfi olduğu üçün açıqlaya bilmərəm. Lakin biz razılığa gəlinəcəyini gözləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistana Cingiz Qurbanovun cəsədinin Azərbaycana qaytarılması üçün çağırış edib. Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarına zidd olaraq, siyasi şərt irəli sürür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button