2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ermənistan Soçi razılaşmalarının həyata keçirilməsindən udacaq – Metyu Brayza

Bakı/02.12.21 Soçidə noyabrın 26-da keçirilən üçtərəfli görüşün yekunu olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri əvvəlki öhdəliklərini və razılaşmalarını təsdiq ediblər. Bu, regional kommunikasiyaların, iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlıdır. Bu barədə Turan agentliyinə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Soçi görüşünün yekunlarını şərh edərkən bildirib.

“Nəqliyyat kommunikasiyalarının açılması haqqında əvvəlki razılaşmalar Ermənistandakı siyasi vəziyyətlə əlaqədar həyata keçirilməmişdi. Baş nazir Paşinyan siyasi rəqiblərinin, ilk növbədə Qarabağ klanının, daşnakların və ABŞ-ın erməni diasporunun hücumuna məruz qalmışdı”, deyə Brayza bildirib.

O, həmçinin qeyd edib ki, Soçi görüşü Moskvanın Cənubi Qafqazda əsas oyunçu olduğunu və prosesi sona qədər çatdırmaq niyyətində olduğunu göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidentinin Paşinyana ünvanlanmış, iqtisadi əlaqələr və əməkdaşlıq bərpa ediləcəyi təqdirdə Ermənistanın böyük mənfəət əldə edəcəyi haqqında qeydi də əhəmiyyətli idi. “Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərsə böyük investisiyalar əldə edəcək və təkcə regional layihələrə deyil, həm də beynəlxalq layihələrə inteqrasiya edə biləcək”, deyə diplomat qeyd edib.

Tərəflərin Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamaq barədə razılığı da çox böyük əhəmiyyət kəsb edir. Bu, sərhəddə çoxsaylı döyüşlərə və insan itkilərinə son qoya bilər. 

“Düşünürəm ki, ATƏT-in Minsk Qrupu bunun həyata keçirilməsində böyük rol oynaya bilərdi. Rusiya, ABŞ və Fransa bunda vahid rol oynamalıdır. Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə gəlincə, Avropa İttifaqı da artıq əldə edilmiş razılaşmaların irəlilədilməsində və həyata keçirilməsində öz müsbət rolunu oynamalıdır. Bu, həmçinin Fransa üçün obyektiv oyunçu olduğunu, birtərəfli, ermənipərəst mövqe tutmadığını sübut etmək şansıdır”, deyə Brayza qeyd edib. -02/16B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button