2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ermənistan Türkiyəyə humanitar yardım göndərib

Bundan əvvəl Ermənistandan Türkiyənin zəlzələ bölgəsinə 27 xilasedici göndərildiyi bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti Azadtutyun Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyanın tvitter paylaşımına istinadla xəbər verir.

“Humanitar yardım daşıyan yük maşınları Marqara körpüsü ilə sərhədi keçərək zəlzələdən zərər çəkmiş bölgəyə doğru gedir”, – XİN sözçüsü özünün “Twitter” səhifəsində yazıb.

AFR də Türkiyənin 35 il bağlı qalan sərhəd keçidini humanitar yardım üçün Ermənistana açdığını yazır.

Türkiyənin Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi nümayəndəsi Serdar Kılıç yardıma görə Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və xarici işlər nazirinin müavini Vahan Kostanyana təşəkkür edib.

O,Ermənistandan göndərilən 5 yük maşını 100 ton ərzaq, dərman, su və s. təcili yardım paketlərinin Adıyaman şəhərinə göndərildiyini vurğulayıb.

Kılıç Twitter səhifəsində yazıb: “Mən Ermənistan xalqının zəlzələdən zərər çəkmiş bölgədəki xalqımızın əziyyətini yüngülləşdirmək üçün göndərdiyi yardımı həmişə xatırlayacağam”.

Ruben Rubinyan isə öz növbəsində yük maşınlarının Ermənistan-Türkiyə sərhədini keçdiyini bildirib və vurğulayıb: “Kömək edə bildiyimə görə şadam”.

Məlumatda həmçinin bundan əvvəl Ermənistandan Türkiyəyə 27 xilasedicinin göndərildiyi qeyd olunur.

Türkiyədə fevralın 6-da güclü zəlzələ olub. Həlak olanların sayı 20 mini keçib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button