2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistan üçün çətin seçim vaxtı çatıb: KTMT, yoxsa…

Məlum olduğu kimi, İrəvan Rusiya və KTMT-nin Azərbaycanla sərhəddə baş verən son hadisələrə reaksiyasından narazıdır. Ermənistan Parlamentin spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bu yaxınlarda Azərbaycanla sərhəddə baş verən hadisələri nəzərdə tutaraq “Ermənistan tərəfinin gözləntiləri özünü doğrultmur” deyə bildirib.

“Biz nəticə çıxarmışıq, çıxarırıq və gələcəkdə də çıxaracağıq. İrəvan hələ də təşkilatın reaksiyasını gözləməkdə davam edir. Eləcə də dostluq və qarşılıqlı yardım haqqında saziş bağladığımız Moskvanın daha nəzərəçarpan addımlarını gözləyirik”, – o əlavə edib.

O, həmçinin bildirib ki, hərbi əməliyyatların dayandırılmasında ABŞ böyük rol oynayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, bütün bunlar Ermənistanın tezliklə KTMT-dən çıxacağı anlamına gəlirmi? Ermənistan bu hərbi ittifaqdan çıxsa, bundan sonra nə baş verəcək? İrəvan ölkənin təhlükəsizliyini təmin etmək məsələsində NATO-ya ümid edəcəkmi? Nəzərə almaq lazımdır ki, Azərbaycan da Ermənistanla eyni dərəcədə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvüdür. Azərbaycanın müttəfiqi olan Türkiyə isə ümumiyyətlə Alyansın tamhüquqlu üzvüdür. KTMT-dən çıxacağı təqdirdə Ermənistanın qarşısında hansı variantlar qalır? Ermənistan qonşularla münasibətlərin normallaşmasına doğru gedəcəkmi?

Press Klubun suallarını xarici ekspertlər cavablandırıb.

Mixail Neyjmakov, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki (Moskva):

– Əlbəttə, Ermənistan ətrafında vəziyyətin gərginləşdiyi dönəmlərdə ölkədə KTMT-yə qarşı tənqidlər də güclənir. Bunu 2021-2022-ci illərdə, xüsusən də 2021-ci ilin yazında Qaragöl ətrafında gərginlik zamanı  müşahidə edirdik. Parlamentin spikeri Alen Simonyanın hazırda KTMT-ni tənqid etməsi Nikol Paşinyanın komandası üçün ölkədəki etiraz əhval-ruhiyyəsini xarici qüvvələrin üzərinə yönəltməyin nə qədər vacib olduğunu göstərir. Eyni zamanda, bu vəziyyətin Ermənistanın hazırkı hakimiyyəti üçün təhlükəsini çox da şişirtməyə dəyməz. Nikol Paşinyan 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlində daha böyük risklər şəraitində daxili siyasi vəziyyəti nəzarətdə saxlaya bilmişdi.

Çox güman ki, ölkənin yaxın gələcəkdə KTMT-dən çıxması baş verməyəcək. Ən azından ona görə ki, ABŞ hələlik Ermənistanın təhlükəsizliyinin təmin edilməsi sahəsində konkret öhdəliklərlə çıxış etməyib. Nensi Pelosinin Ermənistanın müdafiə ehtiyacları ilə bağlı fikirlərini dinləmək vədləri özü-özlüyündə çox sürüşkəndir. Amma böyük ehtimalla, Nikol Paşinyan Moskva ilə danışıqlar zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana səfəri amilindən mövqelərinin möhkəmlənməsi üçün istifadə etməyə çalışacaq.

“Strategiya XXI” Mərkəzinin (Ukrayna) hərbi eksperti Pavlo Lakiyçuk:

– Görünür, Ermənistan üçün postsovet illüziyalarından məhrum olmaq kimi çətin seçim etmək zamanı çatıb: KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı NATO və Aİ ilə əməkdaşlıq mexanizmlərinə alternativ deyil. Bu, keçmiş koloniyaların nəzarətdə saxlanılmasının bir formasıdır. Bundan sonra nə olacaq? Dövlət “böyük qardaş”a məhəl qoymadan öz qonşuları ilə münasibətləri qurmağa çalışacaq – bu, döyülmə əlamətləri, qançırları ilə bərabər institusional yetkinləşmə prosesidir. Sadəcə olaraq, İrəvanın qonşuları ilə münasibətləri normallaşdırmasına başqa effektiv alternativi yoxdur. İrəvanda bunu nə qədər tez başa düşsələr, həm Ermənistan, həm də bütövlükdə region üçün bir o qədər yaxşıdır.

Yeri gəlmişkən, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına gəldikdə, burada söhbət Alyansa üzvlükdən getmir. Proqram NATO üzvü olan ölkələr və onların qonşuları arasında qarşılıqlı etimadın yaradılması və möhkəmləndirilməsi üçün tədbirlər kompleksi kimi hazırlanıb və həyata keçirilir. Zamanla proqramın bir çox iştirakçısı Alyansa qoşulmağa qərar verdi. Digərləri, məsələn, Rusiya əməkdaşlığı dondurdu (Rusiya Federasiyası rəsmi olaraq hələ də proqramın iştirakçısı olaraq qalır). Üçüncülər isə tərəfdaşlıq proqramında iştirak edirlər və eyni zamanda digər hərbi birliklərin, məsələn KTMT-nin üzvü olaraq qalırlar. Bərabər hüquqlu mehriban qonşuluq və tərəfdaşlıq, ya da qarşıdurma və təcrid. Bu, hər kəsin seçimidir. Öz seçimi.

Rauf Orucov

24 saat” “Ermənistan üçün çətin seçim vaxtı çatıb: KTMT, yoxsa…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button