2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan və Azərbaycan beynəlxalq məhkəmələrə iddialar verəcək

Bakı/17.09.21 Cari ilin yanvarında Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistana qarşı iddia verəcək. Bundan əlavə, Ermənistana qarşı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

Bu bəyanat Ermənistan KİV-lərinin Azərbaycana qarşı belə bir iddia verilməsi haqqında məlumatından sonra verilib.

Azərbaycan ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktları diqqətlə toplayıb və sənədləşdirib. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam edib, deyə Abdullayeva qeyd edib.

Qeyd edək ki, Ermənistan Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edir və BMT-nin beynəlxalq məhkəməsindən Azərbaycanı konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etməyi və dəyən ziyanı ödəməyi xahiş edir. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button