2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlərYAP-a Yox Deyək

Ermənistan və ermənilər Əli Kərimliyə qarşı – QARABAĞ TƏHLÜKƏDƏ!

Münaqişə yaranan gündən ermənilərin Qarabağı Azərbaycanın tərkibində ən yüksək muxtariyyət kimi istəməmələrinin bir bəhanəsi olub – Azərbaycanda demokratiya yoxdur, orda bizim haqq və hüquqlarımız tapdalanacaq. Bəli, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın sülh yolu ilə Azərbaycana qaytarılmasının qarşısında dayanan ən böyük maneə Azərbaycana hakim kəsilən anti-demokratik rejimidir. Başqa sözlə, Qarabağın Azərbaycana qaytarılmasının qarşını alan ən böyük maneə hazırki YAP iqtidarıdır.

Məsələyə başqa aspektdən yanaşanda məlum olur ki, Qarabağın Azərbaycana qaytarılmaması üçün Ermənistanın əlində olan ən güclü silah da elə məhz bu hakimiyyətdir. Yəni Azərbaycan iqtidarı kreslosunu itirməmək üçün nə qədər çirkin yollara əl atırsa, Ermənistan da dövlət olaraq bu hakimiyyətin Azərbaycanın iqtidarında qalmasında o qədər maraqlıdır. Çünki Azərbaycanda demokratik hakimiyyət formalaşacağı təqdirdə əllərində olan “ən güclü silahları” işə yaramayacaq, dolayısıyla Qarabağın Azərbaycana sülh yolu ilə qaytarılmasına az qala heç bir əngəl qalmayacaq.

Təbii ki, Azərbaycanda demokratik hakimiyyət deyiləndə yada düşən ilk olaraq AXCP və onun sədri Əli Kərimli, eləcə də Müsavat və onun başqanı Arif Hacılı olur.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda Azərbaycan hakimiyyəti yarıtmaz daxili və xarici siyasəti sayəsində bu iki siyasi partiya ilə qaydalar çərçivəsində mübarizə apara bilmir və bilməz. Bu səbəbdən də repressiyalar əliyevlər hakimiyyətinin alternativsiz çıxış yoluna çevrilib. Sirr deyil ki, bu gün Azərbaycanda yüzdən çox siyasi məhbus var ki, əslində, normal demokratik ölkə üçün 1 siyasi məhbusun varlığı fəlakət hədd deməkdir. Amma YAP iqtidarı bu son çıxış yolu olmadan ayaqda qala bilməz.

Əfsuslar ki, onların bu zəif nöqtələrini özləri qədər düşmən ölkə olan Ermənistan da bilir.

Yazının bu yerində qeyd edək ki, hazırda ölkəmizdə “tətikçi mətbuat” rolunu oynayan haqqin.az və virtualaz.org saytlarının “sahibi” Eynulla Fətullayev Ermənistana və ermənilərə bağlı adamdır. İnsafən, o özü də bu bağlılığını və sevgisini heç bir zaman inkar etməyib. Hətta icazəsiz Qarabağ səfəri zamanı qələmə alaraq ermənilərin əlinə silah kimi verdiyi “Qarabağ Gündəliyi” adlı məşum yazısında “Xocalı soyqırımını Azərbaycanlılar törədib, Ermənistan ordusu yox” deməklə bu sevgisini əbədiləşdirib. Bundan sonra qondarma “Qarabağ respublikasının” o zamanki qondarma “prezidenti” Quqasyana “cənab prezident” deməklə də Ermənilərin işğalını tanıyan ilk azərbaycanlı olaraq tarixə keçib. Bu şəxs daha sonra qondarma “Qarabağ Respublikası”ndakı vətəndaş cəmiyyətinin inkişafını Azərbaycanla müqayisə edib şok keçirəcək qədər təəccübləndiyini yazmaqla da, Azərbaycanda demokratiyanın olmadığını təsdiqləyərək ermənilərin dəyirmanına su tökməyi unutmayıb.

Bəli məhz bu zehniyyətin sahibi hazırda Azərbaycanda söz sahibi edilib. Bəzi məmurların bilərəkdən və ya bilməyərəkdən “ulduzlu jurnalistinə” çevrilib.

Mətləbə keçmədən xatırladaq ki, Azərbaycana siyasi məhbus kimi təşrif buyuran və daha sonra Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğu təsdiqlənən Van Martirosyan da Eynulla Fətullayevin yanına yerləşdirilmişdi.

Məhz Fətullayevin Azərbaycanın demokratik kəsiminə çamur atması da bu yerləşdirmədən sonra daha da radikallaşdı. Məntiqə müraciət etmiş olsaq, Amerikada reallaşan prezident seçkilərindən sonra Azərbaycanda demokratik qüvvələrin təşəbbüsə yiyələnəcəyindən əndişə duyan Ermənistan Bakıdakı söz sahibi sevdalılarına məhz Martirosyan vasitəsiylə təlimat ötürə biliblər.

Şəxsi münasibətlərindən istifadə edən Fətullayev əvvəlcə Azərbaycan hakimiyyətinin marağında olduğu AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlıya qarşı açıq fəaliyyətə keçərək hakimiyyətə “şirə” verməyi bacarıb. Bununla da o, Ermənistan xüsusi xidmət orqanlarının planının birinci hissəsini uğurla həyata keçirib. İndi həm, Ermənistanın maraqlarına uyğun olaraq Gürcüstan-Azərbaycan münasibətləri təhlükə altındadır, həm də Azərbaycanın onsuz da olmayan demokratik imici daha da korlanaraq Qarabağ münaqişəsinin mümkün həll variantında ermənilərin əlini xeyli möhkəmlənib.

Lakin tarixdən də bildiyimiz kimi ermənilər uğuru qismən gördükləri anda davamını tələb edirlər. Məhz bu səbəbdəndir ki, “Xocalı soyqırımını Azərbaycanlılar törədib, Ermənistan ordusu yox” yazan Fətullayev bu dəfə AXCP sədrinin özünün həbs olunması üçün məlum yazını yazmağa vadar edilib.

Təbii ki, Əli Kərimlinin həbsi böyük anlamda İlham Əliyevə sərf etmir kimi görünür. Lakin hakimiyyət mətbəxtində son dönəmlər cərayan edən köklü dəyişiklər də Əliyevin nəfinə görülmür və onun bəzi addımları məcbur atmağa zorlandığı aydın sezilir. Mümkündür ki, hazırda vəzifəsini itirməmək naminə kimlərsə ölkə başçısına “biz olmasaq Əli Kərimli işi bitirər” mesajını vermək üçün komplolar qurur və bu quramaların tərkib hissəsi kimi də bizə gülməli görünən həbslərlə hadisəyə reallıq donu geydirməyə çalışırlar.

Və bu hadisələrin həm fonunda, həm də geniş planda obyektivinin önündə Fətullayev, bir də onun erməni sevgisi çılpaqlığı ilə gözə batır.

Vəziyyət ağırdır. Ən azından Fətullayevi hazırda himayə edən güclərin Azərbaycanın maraqlarına xəyanət etdiyini görməyin vaxtı yetişib. Əks təqdirdə olaylar təkcə Azərbaycanın deyil, həm də qısa müddətdə hakimiyyətini nəyin bahasına olursa-olsun qorumağa həvəsli görünən İlham Əliyevin özünün də əleyhinə çevriləcək!

Həqiqətən də bütün yollar Əli Kərimliyə aparır!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button