2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan vətəndaşlarının məhkəməsi başladı

Bu gün, iyunun 2-də Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan ilə Alyoşa Xosrovyanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə hakim E.Allahverdiyev təqsirləndirilən şəxslərin anket məlumatlarını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxslər Azərbaycan dilini bilmədiklərini deyiblər və onlara tərcüməçi təyin olunub.

Prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edib. Bundan sonra isə məhkəmə işi icraata götürüb.

Məhkəmə baxışı iyunun 9-a təyin olunub.

Azərbaycanda iki Ermənistan vətəndaşının hakim önünə çıxarılacağı ilə bağlı bir müddət öncə Azərbaycan Baş Prokurorluğu da məlumat yaymışdı.

Həmin məlumatda qeyd edilirdi ki, L.Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndində, A.Xosrovyan isə ondan 17 gün əvvəl saxlanıb.

Məlumata görə, onlar əvvəllər müxtəlif illərdə bir sıra cinayətlərdə ittiham edilir: “Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən …barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

İttihamlara, hələlik, təqsirləndirilən şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

24 saat” “Ermənistan vətəndaşlarının məhkəməsi başladı” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button