2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistana gedən azərbaycanlı stilistdən cavab: “Əsgərlərinizi o öldürüb?” – FOTOLAR

Xəbər verdiyimiz kimi, əslən azərbaycanlı olan və Moskvada yaşayan stilist Nazilə Mehdiyeva həmkarı, erməni əsilli Goar Avetisyanın İrəvanda keçirilən toy mərasiminə qatılıb.

Axşam.az-ın məlumatın görə, stilistin bu addımı səs-küy yaradıb. Sosial şəbəkədə tənqid hədəfinə çevrilən Nazilə məsələ ilə bağlı geniş açıqlama yayıb.

O, ailəsini və onu tənqid edənlərə bunları deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bügünkü paylaşımım söz-söhbətlərə, qalmaqallara həsr olunur. Mən bilmirdim ki, Azərbaycan mediasında və xalqında bu qədər səs-küy yarada bilərəm. Hamıya burada cavab verəcəm. Rusiyada doğulmuşam, oranın vətəndaşıyam. Azərbaycana və Ermənistana rahat şəkildə gedə bilərəm, heç kəs heç nə deyə bilməz. Bu məsələyə münasibət bildirməzdim. Amma insanlar artıq ailəmə və övladlarıma toxunurlar, əsəbiləşirəm.

Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər, adi insanlar İrəvana gedə bilir, onda niyə susursuz? Özünüzdən sirk yaratmayın, siz insansınız, qoyun sürüsü deyilsiniz. Xahiş edirəm öz fikriniz olsun, siyasətdən asılı olmayın. Mən rəfiqəmin toyuna getmişəm, burda nə var? Bir insan yaxşıdırsa, amma milliyəti ermənidirsə, onunla münasibət qurmaq olmaz?

Məgər, torpağınızı o insan əlinizdən alıb? Sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Siz isə məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz isə yaxşı? Baxın, ağzınızdan zir-zibil tökülür”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button