2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistana keçən qadının görüntüləri yayıldı – FOTO

Anspress iki gün əvvəl Ermənistan tərəfə keçən Qətibə Ələkbərovanın fotolarını əldə edib.

Onun valideynləri sayta görüntülərini və ruhi xəstə olması barədə sənədi təqdim edərək açıqlama da veriblər.

Anası Kübra Ələkbərova açıqlamasında bildirib ki, qızı bundan əvvəl də bir neçə dəfə evdən qaçıb: “Onu dəfələrlə ruhi xəstəliyinə görə müalicə etdirmişdik və daim nəzarətdə saxlayırdıq. Sonuncu dəfə ayın 5-də gecə saatlarında evdən qaçıb və geri qayıtmayıb. Qətibə hər gün dərman atmasa yaşaya bilməz. Qızım Qazax Rayonlararası Ruhi Əsəb Xəstəxanasında müalicə edilirdi. Elə həmin gün də evdən Qazaxa – xəstəxanaya getmək adı ilə çıxıb və ondan sonra yox olub. Hələ də Ermənistana keçən şəxsin mənim qızım olduğunu dəqiq bilmirik. Sadəcə mətbuatın açıqladığı parametrlər həmin şəxsin Qətibə olması şübhəsini yaradır. İndi hər kəsi düşündürən onun sərhədi necə keçməsidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Kübra Ələkbərova deyir ki, qızına görə çox narahatdır: “Qətibə xəstədir. Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsin”.

Bu gün səhər saatlarında 1977-ci il təvəllüdlü Qətibə İbrahim qızı Ələkbərovanın yaşadığı Gədəbəy rayonu, Arabacı kəndinin icra nümayəndəsi Habil Qasımov da sayta açıqlama verib və bildirib ki, ruhi xəstə olan qadın kənddə ailəsi ilə birgə yaşayıb: “Onlar ailədə 4 nəfərdir: Qətibə, onun anası, qardaşı və qardaşının həyat yoldaşı. Qadının bir qardaşının da psixoloji problemləri var idi. Bir müddət əvvəl o, dünyasını dəyişib. Qətibə özü isə ruhi xəstə olduğu üçün 2013-cü ildən 2015-ci ilə qədər ruhi əsəb dispanserində müalicə olunub. Bir ildir ki, xəstəxanadan çıxmışdı. Həmin xəstəxanadan ruhi xəstə olmasına dair sənədi də var.

Evdə dərmanlar qəbul edirdi. İyunun 5-də ailə üzvləri 39 yaşlı qadının yoxa çıxması barədə məlumat verdilər. O gündən hər kəs onu axtarırdı”.

İcra nümayəndəsi onu da bildirib ki, Qətibə Ələkbərova bir dəfə ailəli olub, ancaq övladı yoxdur. Qadın boşanaraq ata evinə qayıtmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button