2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

‘Ermənistana köhnə silahlar satanın’ saxlandığı xəbər verilir


AzadlıqRadiosunun Erməni xidməti Azatutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadən yazır ki, ölkədə Müdafiə Nazirliyinə silah satışında böyük korrupsiya halları aşkar edilib.

Xəbərdə deyilir ki, Ermənistanın Müdafiə Nazirliyinə silah satan Moston Engineering şirkətinin rəhbəri David Qalstyan dindirilmək üçün MTX-yə gətirilib.

“Patron Davo”

Saytların yığılması Saytlarin yigilmasi

Bu da qeyd olunur ki, Patron Davo ləqəbi ilə tanınan Qalstyan keçmiş müdafiə naziri David Tonoyanın müşaviri idi.

MTX-nin məlumatına görə David Qalstyan Müdafiə Nazirliyi ilə bağladığı müqaviləyə görə 2018-ci ildə Ermənistan ordusuna 1983-1986-cı illərdə istehsal olunmuş top mərmiləri gətirməli idi.

Lakin o bunun əvəzində 1977-ci ildə Çexiyada istehsal olunmuş mərmiləri satıb. MTX bildirir ki, bu mərmilər daha aşağı taktiki keyfiyyətlərə malik idi.

MTX bildirir ki, bu müqavilə əsasında David Qalstyanın şirkəti Müdafiə Nazirliyindən 1 milyon dollardan çox pul alıb.

Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan deyib ki, belə hərəkətlər xüsusilə də müharibə sonrası nəinki ifşa edilməli, ona yol verənlər ciddi cəzalandırılmalıdır.

 

Keçmiş hakimiyyətin adamı

Millət vəkili bildirib ki, silah alışı ilə bağlı qalmaqallar bundan əvvəl də dəfələrlə qəzet səhifələrinə çıxsa da, buna reaksiya verilməyib.

Andranik Koçaryan əlavə edib ki, David Qalstyan Ermənsitana hələ keçmiş hakimiyyətin dövründən silahlar gətirirdi.

Hakim partiyadan olan deputat bildiib ki, bu rüsvayçı faktlat Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri vəzifələrindən uzaqlaşdırılandan sonra açılıb.

Deputat deyib ki, Qalstyan hələ bundan çox əvvəl ifşa edilməli idi. O əlavə edib ki, baş nazir Nikol Paşinyan bu məsələ barəsində məlumatlandırılmamışdı.

 

Milyon dollar nədir ki?

2018-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş Artak Davtyan deyib ki, o söhbətin hansı silahlardan getdiyini anlamır. Çünki bu silahların nə vaxt alındığı barədə dəqiq məlumat verilməyib:

“Hətta milyon dollar da belə sövdələşmələr üçün böyük məbləğ deyil. Əgər bunun nə vaxt baş verdiyinə dair məhkəmə qərarı olsa, onda demək olacaq ki, indiki hakimiyyət doğrudan da işləyir…”

Ermənistan MTX indiyədək silah təchizatçısı olan şirkətlərlə bağlı 4 cinayət işi açıb. Bu şirkətlərin dördü də Qalstyana məxsusdur.

MTX Müdafiə Nazirliyinin keçmiş və indiki məmurlarına qarşı ittiham irəli sürülüb-sürülmədiyi barədə məlumat vermir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button