2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Ermənistana qaytarılan 10 əsirdən 5-nə ittiham irəli sürülüb

Daha iki təqsirləndirilən üzrə qərar bu gün – dekabrın 10-da bilinməlidir

Dekabrın 4-də Azərbaycanın Ermənistana qaytardığı 10 əsirdən 5-nə ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü bəndini – hərbi öhdəlik, yaxud hərbi xidmətin qaydalarını, ağır nəticələrə səbəb olaraq pozmaqda ittiham olunurlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Radio Azatutyun” xəbəri İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadla yayıb.

Komitə ölkəyə qaytarılan beş hərbçinin saxlanması üçün vəsatət verib.

Əsirlikdən qaytarılmış Narek Yerimyanın vəkili Karmen Poqosyan isə radioya deyib ki, İstintaq Komitəsinin onun müvəkkilinin saxlanması üçün qaldırdığı vəsatəti məhkəmə təmin etməyib.

Daha iki təqsirləndirilən üzrə qərar bu gün – dekabrın 10-da bilinməlidir.

Dekabrın 4-də Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistana təhvil verdiyini, əvəzində isə işğaldan azad olunan digər ərazilərin mina xəritələrini əldə etdiyini açıqlayıb. Həmin 10 nəfərin noyabrın 16-da “Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən” saxlandığı bildirilib.

Azərbaycan ötənilki Qarabağ müharibəsindən sonra bir neçə dəfə erməni əsirləri minalanmış ərazilərin xəritələri ilə dəyişdirib.

Həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarət bərpa olunsa da, qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button