2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Ermənistana sığınan rusiyalılar

“The Guardian” qəzeti martın 3-də Moskvadan Yerevana, eləcə də İstanbul və Belqrada biletlərin qabaqcadan satılıb qurtardığını yazırdı

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Ukraynaya irimiqyaslı hücumuna görə sanksiyalarla üzləşəndən Ermənistana sığınan rusiyalıların sayı artıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir.

Prezident Vladimir Putinin Ukraynaya qanlı hücumu Rusiyanı beynəlxalq miqyasda təcrid etməkdədir. Aİ-nin 27 üzvü daxil olmaqla 33 ölkə hava məkanını Rusiya şirkətlərinin üzünə bağlayıb.

Əhalinin əksəriyyətinin rusca danışdığı, hökumətinin Rusiyanın təcavüzünü pisləmədiyi, Kremlə qarşı sanksiyalara qoşulmadığı Ermənistan rusiyalılar üçün əlçatan sığınacaqlardır. Elə mediada işləyən rusiyalı Aleksey martın 3-də Yerevana çatıb.

Biletlər satılmışdı

“Mən Ermənistanla Gürcüstan arasında seçim etməli oldum, çünki artıq bəzi aeroportlar bağlanırdı. Logistik baxımdan mənim üçün ən asanı Yerevana gəlmək oldu”, – Aleksey deyir.

Ermənistan Rusiyanın başçılıq etdiyi KTMT üzvü, Rusiyanın strateji tərəfdaşıdır. Moskvanın Ermənistandan hərbi bazası var, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə də Rusiya hərbçiləri yerləşdirilib.

“The Guardian” qəzeti martın 3-də Moskvadan Yerevana, eləcə də İstanbul və Belqrada biletlərin qabaqcadan satılıb qurtardığını yazırdı.

Ermənistana gedən bəzi rusiyalıların radioya dediyinə görə, Rusiyada qalan dostları, tanışları məhz Qərbin sanksiyaları üzündən ölkədən getməyi düşünürlər, ya da artıq bunu həyata keçiriblər.

“Bir çox şirkətlərin yaxın gələcəkdə xaricə köçəcəyini eşitmişəm, çünki Rusiyada idxal, ixrac, maliyyə ilə bağlı sahələrdə biznes qurmaq daha mümkün deyil”, – kimliyini açıqlamaq istəməyən başqa bir rusiyalı deyib.

Şirkətlər köçür

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobian martın 1-də iddia edib ki, Rusiyanın texnologiya şirkətləri qərbin sanksiyalarından qorunmaq üçün əməliyyatları Ermənistana köçürürlər. “Ondan çox şirkət artıq köçüb, digərləri isə yoldadır”, – nazir vurğulayıb.

Amma o, şirkətlərin adlarını açıqlamayıb.

Rusiyada texnologiya şirkətində işləyən, Yerevana bilet almış bir mühəndis qərarını təkcə iqtisadi səbəblərlə deyil, həmçinin ölkəsinin Ukraynaya hücumuna etirazıyla əlaqələndirir.

“Şirkətimiz getmək istəyənlərə kömək vəd edib, amma necə edəcəyini deməyib. Ona görə mən özüm gedirəm”, – adının çəkilməsini istəməyən qadın əməkdaş vurğulayıb.

Rusiyalı proqramı Yevgeni də ermənistana köçməyi planlaşdırır. O, Ermənistanın 20 minədək işçisi olan informasiya texnologiyaları sahəsində iş tapacağına ümid edir.

ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu ölkənin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmağı, şirkətlərinin xaricdə maliyyə tranzaksiyalarını çətinləşdirməyi nəzərdə tutur.

IT sektoruna maraq böyükdür

Rusiyalı peşəkarlar özəlliklə Ermənistanın IT sektoruna maraq göstərirlər, bəziləri artıq iş də tapıblar. Bunu Müasir Texnologiya Müəssisələri Birliyinin başçısı Hayk Çobanyan deyir. O, bir həftəyə rəqəmlərlə danışmağın mümkün olacağını söyləyib.

Prezident Putin Rusiyadan fərdlərin 10 min dollardan artıq vəsait çıxarmasını qadağan edən sərəncam imzalayıb.

Yerevanın Zvartnots aeroportunda çoxsaylı rusiyalılar Ermənistana niyə gəldiklərini açıqlamayıblar, bəziləri sadəcə turist olduqlarını deyiblər.

AzadlıqRadiosu-nun əməkdaşları Yerevan küçələrində rusiyalıların sayının artdığını bildirirlər. Bəziləri Ukrayna ilə müharibəyə görə gəldiyini deyib, amma heç də hamısı qalmağı planlaşdırmır.

“Çox güman, bir neçə ay qalaram. Sonra Avropada iş taparam”, – bir rusiyalı belə deyib.

Neytrallıqla loyallıq arasında

24 saat” “
Ermənistana sığınan rusiyalılar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button