2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistanda Azərbaycan alması satmaqda şübhəli bilinən 4 nəfər tutulub

“Azərbaycan məhsulları həm Yerevan, həm də digər beş vilayətin bazarlarında aşkarlanıb”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 11-də Ermənistana Azərbaycan alması da daxil olmaqla qanunsuz yolla böyük miqdarda kənd təsərrüfatı məhsulları gətirilməsi ilə bağlı cinayət işi çərçivəsində 4 nəfər saxlanıb.

Bu barədə məlumatı Azadlıq Radiosunun Ermənistan xidməti yayıb.

Bildirilir ki, saxlananlardan ikisi (A.F və A.E) Yerevan sakini, ikisi isə (A.X və Q.T) Tavuş vilayətinin Baqrataşen icmasındandırlar.

Ermənistan istintaq komitəsinin məlumatına görə, istintaq zamanı bəlli olub ki, xüsusilə Yerevan sakinləri 2017-ci ilin yanvarından aprelin 24-nə kimi müxtəlif vaxtlarda Baqartaşen gömrük məntəqəsindən Ermənistana böyük miqdarda deklarasiya edilməmiş kənd təsərrüfatı məhsulları keçiriblər.

İstintaqın məlumatına görə, onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub, “Malatiya” bazarında qanunsuz məhsul satıb və buna görə vergi ödəməyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Bu günlərdə Ermənistan mətbuatında yerli bazarlarında Azərbaycan alması peyda olması barədə məlumatlar yayılmışdı.

İlkin məlumatlar isə bir neçə gün öncə sosial şəbəkələrdə yayılıb. Aprelin 23-dən başlayaraq Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti üç gün ölkə bazarlarında genişmiqyaslı yoxlamalar aparıb. Yoxlama zamanı Azərbaycanda yetişdirilmiş almaların satışı ilə bağlı bir sıra hallar aşkarlanıb. Bəlli olub ki, bu almalar həm paytaxt Yerevan və ölkənin, azı, beş vilayətinin iri və xırda bazarlarında, həm də meyvə-tərəvəz dükanlarında satılır.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında iqtisadi və diplomatik əlaqələr yoxdur.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button