2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistanda Azərbaycan məhsulu satanlar tutulub

Ermənistanda Azərbaycan almaları ilə bağlı qalmaqal davam edir. Bu məsələ ilə bağlı Ermənistanın Baş prokurorluğu rəsmi açıqlama yayıb.

Bildirilir ki, Milli təhlükəsizlik xidmətinin əməliyyat-axtarışları zamanı məlum olub ki, Azərbaycan almalarının ölkəyə gətirilərək satılmasında vergidən yayınma halları da var.

Saytların yığılması Saytlarin yigilmasi

Prokurorluğun məlumatında qeyd olunur ki, bununla bağlı cinayət işi açılıb. Məlumata görə, bunun nəticəsində Quba almalarının Ermənistana necə keçdiyi aydınlaşacaq.

“Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan almaları Ermənistana Gürcüstan ərazisindən qeyri-qanuni yollarla gətirilib. Eyni zamanda aydın olub ki, almalar Ermənistanın gömrük xidmətində nəzarətdən keçməyərək ölkəyə daxil edilib. Artıq bir neçə məmur cinayət məsuliyyətinə cəlb edilib”, – deyə Baş prokurorluğun məlumatında deyilir.

Ərzaq təhlükəsizliyi Dövlət Xidməti aprelin 23-dən bəri Azərbayandan alma gətirilib satılması ilə bağlı genişmiqyaslı yoxlama keçirib.

Toplanılan materiallara əsasən müəyyən olunub ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxs periodik olaraq ticarət məqsədi ilə sərhədi keçiblər, ölkə ərazisinə kommersiya məqsədi ilə kənd təsərrüfatı məhsulları idxal ediblər, bu zaman “Baqrataşen” sərhəd-keçid məntəqəsinin (Gürcüstan-Ermənistan sərhədi) gömrük əməkdaşlarına rüşvət veriblər.

İrəvan bazarlarından birində Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkətinin bağlarının məhsulu olan almaların satışı Ermənistanda “bomba effekti” yaradıb və bütün müvafiq dövlət strukturları, mətbuat Azərbaycan almalarının izinə düşüb.

Məlum olub ki, Azərbaycan almalarının Ermənistan bazarlarında satışı yeni deyilmiş və əslində “DAD” almaları İrəvanın əksər bazarlarında, supermarketlərində satılırmış.

Dövlət strukturları bu məsələyə isterik reaksiya veriblər və tələm-tələsik Azərbaycan almalarını hansı yolla ölkəyə daxil olduğunu araşdırmağa başlayıblar, habelə meyvəni bazarlardan yığışdırıb məhv etməyə çalışıblar. (istipress)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button