2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistanda casus ovu – 43 nəfər çox deyilmi?

Ermənistan Milli Təhlükəsizlik Xidməti bazar ertəsi Azərbaycanın xeyrinə casusluq edən daha bir hərbçinin həbs edildiyini açıqlayıb.

Xidmətin məlumatına görə, o, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə casusluğa cəlb olunub və pul müqabilində Ermənistan Silahlı Qüvvələri, zabitlər, silahlar, bölmələrin yerləşdirilməsi və onların sayı barədə məlumatları ötürüb.

Öz növbəsində, Ermənistan Baş Prokurorluğu bəyanat yayaraq bildirib ki, bu günə qədər Azərbaycan kəşfiyyatının ifşa olunmuş agentlərinin ümumi sayı 43 nəfərdir. Onlar İkinci Qarabağ müharibəsi zamanı və müharibədən əvvəlki dövrdə casusluğa cəlb ediliblər. Nəticədə, müharibə zamanı “erməni qoşunlarına xeyli ziyan dəyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Guya ki, hərbçilərin və mülki şəxslərin casusluğa cəlb edilməsi onlar Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Moldovada olduqları müddətdə, eləcə də sosial şəbəkələr vasitəsilə həyata keçirilib. Belə ki, hərbçilər internetdə guya erməni qadınları ilə tanış olurlarmış, onlara özləri və xidmət haqqında məlumat verirlərmiş. Daha sonra onlara pul müqabilində məxfi məlumatları ötürmək təklifi edilirmiş.

“Bir sıra hallarda hərbi qulluqçular intim mövzularda söhbət zamanı özündə dövlət və xidməti sirləri ehtiva edən məlumatları ötürüblər”, – məlumatda deyilir.

Casusluğa cəlb edilmiş hərbçilər bəzən yuxarıda adı çəkilən ölkələrdə Azərbaycan kəşfiyyatının nümayəndələri ilə görüşüb, pul və yeni tapşırıqlar alıblar.

Hazırda 44 günlük müharibə zamanı dövlətə xəyanətlə bağlı 10 cinayət işi araşdırılır. Bu cinayət işlərində 43 nəfər təqsirləndirilən şəxsin adı keçir. 12 nəfər barəsində 3 cinayət işi məhkəmələrə göndərilib.

Maraqlıdır, bu iddialar nə dərəcədə ciddidir və həqiqətə bənzəyir? Axı Azərbaycanın video və foto çəkmək funksiyasına malik çoxsaylı kəşfiyyat dronlarından savayı, kosmik peykləri də var. Ona casusluğa cəlb edilmiş onlarla erməni hərbçisi bu qədərmi vacibdir? Bəlkə həqiqətən də hansısa səbəbdən lazımdır?

Press Klubun suallarını bu sahədə təcrübəsi olan tanınmış analitiklər cavablandırıb.

Tofiq Rəfiyev, hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin keçmiş əməkdaşı:

– Kosmik kəşfiyyatın başqa hədəfləri var. Məsələn, Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin kosmik kəşfiyyat bölməsi var. Bununla yanaşı, gizli və adi kəşfiyyatı da mövcuddur və ora bu cür kəşfiyyat fəaliyyətinin aparıldığı ölkələrin agentləri cəlb olunur.

Bu məlumatın etibarlılığı haqqında heç nə deyə bilmərəm. Amma casusların sayı ilə bağlı iddia şübhə doğurur. Nəzərə almaq lazımdır ki, Ermənistanda Paşinyan və ətrafının ordunun yüksək vəzifəli şəxsləri ilə mübarizəsi gedir. Bundan əvvəl Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi tutduğu vəzifədən azad edilmişdi. Sonra onu birdən-birə vəzifəyə təyin etdilər. Baxmayaraq ki, onun başçılıq etdiyi bölmə və ordu kəşfiyyatı hökumət başçısını dəqiq informasiya ilə təmin etməmişdi. 

Qleb Parfyonov, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin (Kiyev) Təhlükəsizlik Departamentinin rəhbəri:

– Müasir müharibələrin təcrübəsi göstərir ki, təkcə peyk məlumatları kifayət etmir. Axı, pis hava şəraiti, avadanlıq və rabitə ilə bağlı problemlər ola bilər. Bu da məlumatların keyfiyyətinə təsir edə bilər. Və bu yalnız kosmosdan görə bildiyimiz obyektlərə aiddir.

Amma bir çox vacib məlumatları yalnız köhnə üsulla əldə etmək mümkün olur. Məsələn, peyk kəşfiyyatı düşmən qərargahının hansı binada yerləşdiyini görə bilməz, amma düşmənin içində olan casus tam şəkildə xəbər tuta bilər. Parlaq bir nümunə göstərim. Bu günlərdə Ukraynanın Xerson şəhərində yerli informasiya şəbəkəsinin köməyi ilə düşmən bölməsinin mülki binada yerləşən qərargahı tapıldı və HIMARS-lar vasitəsilə vuruldu. Eyni şey, texnika və canlı qüvvə təchizatı ilə bağlıdır. Casuslar vasitəsilə onların yerini əvvəlcədən müəyyən etmək və məhv edilməsinə hazırlaşmaq olar. Bunu peyk vasitəsilə birmənalı olaraq görmək mümkün deyil. Əslində, kəşfiyyatçıların gördüyü iş həddən artıq böyükdür və dünya hələ uzun müddət bu cür fəaliyyətə arxalanacaq.

Buna görə də, casusluq vasitəsilə kəşfiyyat çox təhlükəli, amma vacib işdir.

Rauf Orucov

24 saat” “Ermənistanda casus ovu – 43 nəfər çox deyilmi?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button