2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ermənistanda müxalifət film prodüserinin ölümünə görə hakimiyyəti günahlandırır

Yayımlandı: 18 İyul 2022 17:33

Müxalif koalisiya Yerevanda aksiya da keçirib

Ermənistanın film prodüseri Armen Qriqoryanın məhkəmədə ölməsi müxalif qrupları hərəkətə gətirib. Onlar hakimiyyəti Armen Qriqoryanı öldürməkdə ittiham edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Prodüserin ölüm anının görüntüləri sosial şəbəkələrdə yayılıb.

İyulun 15-də Armen Qriqoryanın ölüm xəbərindən sonra müxalif koalisiya olan Müqavimət Hərəkatı Yerevanda mitinq keçirib, əllərində “Nikol qatıldır” yazılmış lövhələr tutub.

“OC Media” yazır ki, Dağlıq Qarabağın keçmiş hüquq müdafiəçisi Ruben Melikyan mitinq zamanı bildirib ki, həbsdə Qriqoryana qarşı pis rəftar görməyiblər.

“Xırda problemlər var idi ki, onlar həll olundu. Problem onun nəyə görə və kimin sifarişi ilə həbs olunmasıdır”, – deyə Melikyan bildirib.

“Armen Qriqoryan sırf siyasi baxışlarına görə həbsdə idi”.

Ermənistanın hüquq müdafiəçisi Kristine Qriqoryan prodüserin diaqnozu və onun müalicəsi üçün hakimiyyət tərəfindən görülən tədbirlərlə yanaşı, “onun ölümünə səbəb olan digər mümkün hallar”la bağlı Prokurorluqdan və Ədliyyə Nazirliyindən “açıqlamalar” tələb edib.

“OC Media” yazır ki, hadisə yerində olan həkimlər ölümün səbəbini insult kimi açıqlasa da, onun yarılmasının ilkin nəticələri hələ açıqlanmayıb.

Armen Qriqoryan may ayından zorakılığa təhrik və “milli ləyaqəti açıq şəkildə alçaltmaq” ittihamı ilə məhkəməyə qədər həbsdə idi. Qriqoryan mübahisəli bəyanatları ilə tanınırdı, tez-tez Baş nazir Nikol Paşinyanın tərəfdarlarına qarşı zorakılığa çağırışlar edirdi.

O, Şirak vilayətindən və Ararat vadisindən olan insanların 1920-ci ildə “türklər tərəfindən zorlanan” erməni qadınlarının övladları olduğunu iddia edirdi:

“Şirak və Ararat vadisinin əhalisi həmişə satqın olub, Tavuş, Sünik və Artsaxdan [Dağlıq Qarabağdan] olan dağlılar türklərlə qan qarışdırmadığı üçün həmişə əsl erməni olublar. Digərlərinin yarısı türkdür, türkün alçaqlarıdır, necə erməni ola bilər?”.

Ermənistan hakimiyyəti bəyan edib ki, Qriqoryanın vəkilləri onun “səhhətində açıq-aşkar problemlər” olduğunu iddia etsələr də, onun xəstəlik tarixçəsi barədə məlumat verməyiblər və hər hansı xüsusi müalicə tələb etməyiblər. Erməni müxalifəti Qriqoryanın həbsdə saxlanma şəraitindən narahatlığını bildirib, hökuməti “siyasi məhbus” olduğunu iddia etdikləri prodüseri “öldürməkdə” ittiham edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button