2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənistanda Rusiyaya qarşı yeni üsyan

Ermənistanda sərhədlərin mühafizəsi funksiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsi tələb olunub.

Məlum olduğuna görə, hələ uzaq 1992-ci ildə Ermənistan hökuməti ilə Rusiya arasında Rusiya FTX sərhəd qoşunlarının Ermənistanda statusu barədə saziş imzalanıb. Sazişin müddəalarına görə, Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsi funksiyaları Rusiyaya verilib. Viurtualaz.org Yerevanda dərc olunan “Lragir” nəşrinə istinadən xəbər verir ki, mənbənin mövqeyinə görə, Qarabağ müharibəsi vaxtı bu Ermənistan üçün vacib idi və “ehtiyatların azad edilməsinə” imkan yaradırdı.

Lakin indi vəziyyət dəyişib. Yerevanda qərara alıblar ki, Rusiyanın köməyi olmadan da keçinmək olar. Erməni fəalları qıcıqlandıran faktlardan biri də odur ki, Ermənistan rəhbərliyi ölkənin bu sahədə suverenliyinin bərpası üçün bu günə qədər heç bir addım atmayıblar və indiki vəziyyət beynəlxalq münasibətlər sistemində suveren ölkəyə yaraşmır.

Saytların yığılması Saytlarin yigilmasi

“Bundan əlavə, bir neçə il əvvəl Yerevanın “Zvartnots” hava limanındakı sərhəd məntəqəsinin fəaliyyəti də RF FTX-yə həvalə edilib, halbuki bu, yuxarıda sözügedən sazişlə nəzərdə tutulmayıb və suverenliyin bir hissəsinin müttəfiq olsa da, başqa ölkəyə qeyri-qanuni ötürülməsi kimi qiymətləndirilə bilər”, – mənbə bildirir.

Bu deyilənlərdən çıxış edərək, bir qrup erməni xadim, o cümlədən Albert Baqdasaryan, Arman Melikyan, David Sanasaryan, Yegişe PetrosyanKarapet Rubinyan, Ovsep Xurşudyan, Petros Makeyan və başqaları təsmi hakimiyyətə təklif ediblər ki, 2018-ci ilin mart ayının 1-nə qədər “Zvartnots” hava limanındakı sərhəd məntəqəsi RF FTX-dən alınaraq Ermənistan MTX-yə həvalə edilsin.

Müraciətdə həmçinin cari ilin sonuna qədər ölkənin İranla sərhədinin mühafizəsinin də Ermənistan MTX-yə verilməsi təklif olunur. Ermənistanla Türkiyə arasında sərhədin mühafizəsinin Rusiyadan alınması üçün 2020-ci ilin yanvar ayının 1-nə kimi vaxt qoyulur.

İranla sərhəddə mühafizə funksiyalarının Ermənistana verilməsinin zəruriliyi həm də onunla izah olunur ki, bu tədbir Naxçıvan tərəfdən “Azərbaycan qüvvələrinin Mehri istiqamətində hücum etdiyi anda” müdafiə ehtiyatlarının gücləndirilməsinə imkan yaradacaq.

Müraciətin müəllifləri hədələyiblər ki, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ictimaiyyəti əvvəlcədən xəbərdar etmək şərtilə fəal aksiyalara başlayacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button