2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistandakı parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

1946 seçki məntəqəsindən gələn bülletenlərin 97 faizi sayılıb

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 1-də Ermənistanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası 1946 seçki məntəqəsindən gələn bülletenlərin 97 faizini sayıb.

Məlumatı AzadlıqRadiosunun erməni xidməti yayıb.

İlkin nəticələrə görə, hakim Respublikaçılar Partiyası səslərin 49 faizini toplayıb.

“Tsarukyan” bloku 27 faizdən çox, “Yolk” bloku 7,75 faiz, “Daşnaksütyun” 6,59 faiz səs toplayıblar.
Digər blok və partiyalar 5 faizlik baryeri keçməyiblər.

“Ohanyan-Raffi-Oskanyan” bloku 2,08 faiz; “Konqres-EXP” 1,63 faiz səs yığıblar.

Azad Demokratlar Partiyası 0,94 faiz; Ermənistan Kommunist Partiyası 0,75 faiz səs toplayıb.

Seçkilərdə iştirak 60 faizdən çox təşkil edib. Müxalifət səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button