2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Ermənistanın 56 ölkədə apardığı təbliğat məğlubiyyətə uğrayacaq”

Aydın Mirzəzadə: “İslam Həmrəyliyi Oyunları Azərbaycana bu imkanı verəcək”

Millət vəkili Aydın Mirzəzadə 24saat.org-a açıqlamasında may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının önəminə diqqət çəkib, bu oyunları erməni təbliğatına qarşı effektiv mübarizə üsullarından biri kimi dəyərləndirib:
“Bu oyunlara 56 İslam ölkəsinin təmsilçilərinin gəlməsi gözlənilir. Ümumilikdə götürdükdə, hər bir beynəlxalq tədbir, idman yarışı ona ev sahibliyi edən ölkənin dünyada tanınmasında böyük rol oynayır. Hətta Avropa və dünyanın digər inkişaf etmiş dövlətləri belə, vaxtaşırı öz ölkələrində bu və ya digər tədbirin keçirilməsinə, ölkələrinin daha dərindən tanınmasına çalışır. 56 ölkənin nümayəndəsi Azərbaycana gəlməklə həm özlərinin idman nailiyyətlərini göstərəcəklər, eyni zamanda Azərbaycanı dərindən tanıyacaqlar. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ problemini daha dərindən öyrənəcəklər. Bu məsələdə bizimlə həmrəy olacaqlar və şübhəsiz ki, Ermənistanın apardığı təbliğat 56 ölkədə məğlubiyyətə uğrayacaq. Həmçinin, onlar Azərbaycanın dövlətçilik inkişafındakı uğurlarına da şahid olacaqlar. Bu ölkələr Azərbaycan təcrübəsini öyrənməyə, bu və ya digər məsələdə Azərbaycanla daha çox əməkdaşlıq etməyə çalışacaqlar. Azərbaycan isə özünün nailiyyətlərini, təcrübəsini dost ölkələrlə bölüşməyə həmişə hazırdır”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button