2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistanın atom bombası varmı? – AZƏRBAYCANLI ALİMDƏN REAKSİYA

“Ermənistanın nə maddi, nə elmi, nə də texniki baxımdan atom bombasının yaradılması üçün heç vaxt imkanı olmayıb və olmayacaq da. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın bütün bəyanatları təbliğat xarakteri daşıyır”.

Virtualaz.org xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Ermənistanın keçmiş baş nazirinin atom bombasına malik olduqları barədə iddiasını şərh edərkən deyib.

“Əgər İran atom bombası yaratmağı bacarmadısa, onda Ermənistan buna, əlbəttə, müvəffəq olmayacaq. Çünki nüvə bombası yaratmaq asan iş deyil. Bunun üçün uranın və ya plutoniumun zənginləşdirilməsi üçün xüsusi reaktorlar lazımdır. Keçmiş baş nazirin dediyi tamamilə qeyri-realdır. Mən alim kimi deyə bilərəm ki, Ermənistanın yaxın 50 ildə atom bombası yaratmaq imkanları olmayacaq. Hələ onu demirəm ki, nə ABŞ, nə Fransa, nə Rusiya, nə də nüvə klubunun digər üzvləri Ermənistana buna görə icazə verməzlər”, – A. Bayramov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Çirkli bomba” yaradılması fikrinə gəlincə isə, fizik hesab edir ki, belə bombanı yaratmaq mümkündür, amma onun istifadəsindən alınan effekt, çox cüzidir.

A. Bayramov həmçinin qeyd edib ki, “çirkli bombalar”ın tətbiqi cinayətdir və nüvə silahı kimi, bu silahın istifadəsinə də heç kəs Ermənistana imkan verməz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button