2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanın Baş naziri: “Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik”

“Bizim problemlərimiz daha böyükdür”

Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “CNN Prima News” telekanalına müsahibəsində deyib.

“Siz dediniz ki, biz Rusiyanın müttəfiqiyik. Təbii ki, bu haqda heç vaxt deyilməyib, amma məncə, nəzərə çarpır. Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik.Və bizim bu müharibədə, bu münaqişədə hiss etdiklərimiz narahatlıqdır, çünki bu, bizim bütünmünasibətlərimizə birbaşa təsir göstərir”, – baş nazir deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Qərb Ermənistanın Rusiyanın müttəfiqi olduğunu qeyd edir, amma bu zaman Moskva Yerevanın Ukraynadakı müharibəni dəstəkləmədiyini görür.

“Belə çıxır ki, bu məsələdə biz heç kimin müttəfiqi deyilik, bu da o deməkdir ki, biz zəif durumdayıq. Sanki bütün bu toqquşmalardan qaçmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətin olsa, manevr imkanı da bir o qədər az olur. Biz vəziyyətlə bağlı heç bir fikrimiz olmadığına görə deyil, dediyim şeylərə görə manevr edirik– bizim problemlərimiz daha böyükdür, başqa məsələlərin həllində daha çox iştirak etməyimizə imkan vermir”, – Paşinyan bildirib.

Paşinyanın bu müsahibəsi hələ may ayında Çexiyaya səfəri zamanı alınıb, baş nazirin özü bunu “Facebook”da bildirib.

Mayda Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə təlimlərində iştirakla bağlı hələ qərar vermədiyini, çünki Yerevanda təşkilatın “Ermənistanı tərk etməsi” təəssüratı yarandığını bildirib. O bildirib ki, Ermənistan KTMT-yə üzvlüyünü dayandırmaq və ya dondurmaq barədə qərar verə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna cavab olaraq aşağıdakıları deyib:

“Bu, Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etməsi üçün deyilibsə belə, mənə elə gəlir ki, sözlərlə manipulyasiya etməyin bütün təhlükəsini anlamaq lazımdır”.

Paşinyan da cavabında bildirib ki, onun Rusiyadakı həmsöhbətləri prezident və baş nazirdir, XİN nümayəndəsi onun bəyanatlarına münasibət bildirə bilməz.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button