2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənistanın müdafiə naziri istefa verir

Ermənistanın baş naziri Ovik Abramyanın istefası haqqında şayiələrdən sonra postunu tərk edəcək nazirlərin siyahısı meydana çıxıb.

24saat.org xəbər verir ki, bu barədə “Qrapark” qəzeti yazır.
“Edvard Nalbandyandan başqa, öz vəzifələri ilə kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziri Seyran Ohanyanın da vidalaşacağına dair məlumat var. Bəzi məlumatlara görə, müdafiə naziri postuna namizədlər arasında Vladimir Qasparyan da var. PPX alayı ilə bağlı hadisədən sonra hakimiyyət onu cəzalandırmaq əvəzinə, mükafatlandırmaq qərarına gəlib”, – “Qrapark” yazır.
Xatırladaq ki, bu ərəfədə Ermənistanın baş naziri və XİN rəhbərinin istefasına dair məlumat yayılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button