2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənistanın yeni baş naziri MƏLUM OLDU

Ermənistan parlamentinin “Yelk” fraksiyası ölkənin baş naziri vəzifəsinə Nikola Paşinyanın namizədliyini irəli sürüb.

 

24saat.org “news.am” saytına istinadən xəbər verir ki, bu haqda fraksiyanın deputatı Edmon Marukyan feysbuk səhifəsində bildirib.

Xatırladaq ki, baş nazirin seçilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Respublika Partiyasının fraksiyası bilditib ki, baş nazir vəzifəsinə namizədl irəli sürməyəcək. Fraksiyanın rəhbəri Vaqram Baqdasaryan qeyd etdi ki, parlamentin digər üç fraksiyası bir namizədlə çıxış edərsə, mayın 1-də keçiriləcək seçkilərə mane olmayacaq.

Daşnaksütyun Partiyası vahid namizəd olaraq Nikola Paşinyanı təklif edib. Həmçinin “Çarukyan” fraksiyası da “xalqın namizədi”ni dəstəkləməyə qərar verib. Dünən fraksiyanın lideri və “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri Qagik Çarukyan bildirib ki, baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyəcək və Nikola Paşinyanın namizədliyini dəstəkləyəcək.

Bu gün isə Nikol Paşinyan parlament gücləri, həmçinin Respublika Partiyasının fraksiyası ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Respublika partiyası 58 yerlə parlamentdə mandatların əksəriyyətinə malikdir. “Çarukyan” 31, “Yelk” 9, Daşnaksütyun isə 7 yerə sahibdir. Baş nazirin seçilməsi üçün isə namizədin 53 səsə ehtiyacı var.

Xatırladaq ki, aprelin 13-də paytaxt İrəvan və Ermənistanın bir sıra şəhərlərində sabiq president Serj Sarkiyanın baş nazirliyinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalara “Yelk” fraksiyasının lideri Nikol Paşinyan başçılıq edir. Aprelin 23-də Sarkisyan baş nazir postundan istefa verib, Karen Karapetyan baş nazirin səlahiyyətlərinin müvəqqəti icra edir.

Etiraz aksiyaları bununla başa çatmayıb. Nikol Paşinyan Ermənistan Respublika partiyasının hakimiyyətdən gedişini tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button