2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Ermənistanın yeni müdafiə naziri məlum olub

Ermənistanın yeni müdafiə nazirinin kimliyi məlum olub.

 

APA-nın “Life.ru” saytına istinadən verdiyi xəbərə görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. “Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq”, – deyə N. Paşinyan hökumətin iclasından sonra bildirib.

Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.

Saytların yığılması Saytlarin yigilmasi

D. Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub. 1991-ci ildə İrəvan Dövlət Universitetini, 1997-ci ildə Rusiya Hərbi-Diplomatik Akademiyasını bitirib. Ermənistanda əvvəlcə DİN, sonra Müdafiə Nazirliyi sistemində çalışıb. 2004-cü ildə Ermənistanın NATO-dakı nümayəndəsi, 2007-ci ildə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq və müdafiə proqramları idarəsinin rəisi, 2009-cu ildə MN-in müdafiə siyasəti idarəsinin rəisi, 2010-cu ildə müdafiə nazirinin 1-ci müavini vəzifələrinə təyin olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button