2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaManşetSiyasət

“Ermənistan Qarabağda 5 rayonu azad etməkdən imtina edib”

Lukaşenko: “Ermənistan Azərbaycandan qaz kəməri çəkəcək”

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya KİV-lərinin nümayəndələri ilə görüşdə Rusiya və Belarusun Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərindən danışıb. Beləliklə, o, mərhələli həll nəzərdə tutan Rusiya planının mövcudluğunu təsdiq edib.

24saat.org xəbər verir ki, bu barədə “Turan” BELTA agentliyinə istinadən xəbər yayıb. Lukaşenko deyib ki, Serj Sarkisyanın prezidentliyi dövründə bu məsələ Yerevanda KTMT sammiylərindən birində müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Belarus və Rusiya birgə mövqe tutaraq, zərurət olarsa, zəmanəti təmin etmək üçün hərbi kontingent göndərməyi vəd ediblər.

“Biz Putinlə birgə mövqe tutduq: Serj, bu 5 rayonu ver. Onları qaytarmamaq nə səbəb var, axı onlar boşdur. O deyir: qaytarsam, onlar orada yol çəkəcəklər, Qarabağı işğal edəcəklər və s. Və biz Putinlə dürüstlüklə söz verdik ki, öz qoşunlarımızı yeridəcəyik, buna imkan verməyəcəyik. O dedi: yox, biz bu addımı atmayacağıq, bunu istəmirik”, deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, bu, onun üçün təəccübverici idi: “Niyə istəmirlər? 5 rayon boşdur. Bu, birinci addımdır. Onda Azərbaycan da, Ermənistanda həm KTMT-də, həm Aİİ-də olardı. Bu, Aərbaycanın bu təşkilatlara daxil olmasına imkan verən şərt idi.

Daha sonra Lukaşenko nizamlanma üçün daha bir təklifdən: Azərbaycandan Ermənistandan keçən qaz kəmərinin çəkilməsindən danışıb.

Onda Azərbaycan prezidenti Lukaşenkoya Ermənistan prezidenti ilə Ermənistandan qaz kəməri çəkilməsi haqqında danışmağı təklif edib. Belarus liderinin sözlərinə görə, Azərbaycan Ermənistana investisya etməyə də hazır idi.

“Və mən Serj Azatoviçin yanına getdim və bunu çatdırdım. Bundan da imtina etdilər”, deyə Lukaşenko bildirib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button