2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Estakadanın tikilməsinə “AVRO 2016″ya çəkilən xərcin 1 faizi lazım idi

Milli Şuranın sədri, professor Cəmil Həsənli facebook səhifəsində Xəzərdə baş verən faciədən yazıb. Həmin yazını təqdim edirik:

Dostlar! Xəzərdə növbəti faciə baş verib. Daha 10 nəfər neftçi dəniz sularına qərq olub. Verilən məlumatlara görə, onların çalışdığı estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna olunmaqla estakadada heç bir əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Amma həmin neftçilərin əməyinin yaratdığı dəyər, gətirdiyi gəlir hesabına SOCAR “Avro2016” futbol çempionatına yalnız reklam üçün 120 milyon dollar ödəyib. Sual olunur: neftçisi, vətəndaşı təxminən 50 il bundan əvvəl tikilmiş, heç bir təhlükəsizlik təminatı olmayan köhnəlmiş estakadalarda işləyən bir şirkət niyə həmin işçilər üçün normal, təhlükəsiz iş və yaşayış şəraiti təşkil etmir, amma məhz hadisə baş verən ildə keçirilən futbol çempionatına yardım məqsədilə 120 milyon dollar həcmində reklam verə bilir.

Yeni inşa edilən “SOCAR Tower” 2016-cı ilin ən yaxşı ofis binası elan olunub. 209 metr hündürlüyündə olan ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edir. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərir. Onun inşası üçün nə az, nə çox 2 milyard dollara qədər vəsait xərclənib. Bu o deməkdir ki, Neft Şirkətinin ofis binasının hər kvadrat metrinə orta hesabla 32 min dollar xərclənib. Amma neftçilərin işlədiyi estakada 1970-ci ildə tikildiyi üçün etibarlı vəziyyətdə olmayıb və üzərində qoyulmuş “budka”, bəli, bəli məhz “budka” ilə birlikdə dənizə uçub.

Saytların yığılması Saytlarin yigilmasi

Hakimiyyət məhz bunun izahatını verməlidir ki, son illərdə ölkəyə 150 milyard dollar neft pulları gəldiyi halda, neftçilər niyə belə təhlükəli şəraitdə, təxminən 50 il bundan öncə inşa edilmiş, öz ömrünü yaşamış estakadalarda işləyiblər? Köhnəlmiş estakadada işləyən insanların həyatı neft pullarını hara gəldi səpələyənlərdən heç kəsi maraqlandırmayıb. Nəticədə 10 nəfər neftçi, 10 nəfər ailə başçısı, 10 nəfər vətəndaş vəzifəli şəxslərin səhlənkar, laqeydliyi və etinasızlığı nəticəsində həyatını itirib. Halbuki, “SOCAR Tower”in bir otağına sərf edilən vəsait, “Avro2016” futbol çempionatına ödənilən reklam xərclərinin 1 faizi hesabına dünən həyatını itirmiş neftçilər üçün təhlükəsiz iş şəraiti təmin etmək olardı. Axı, 2015-ci ilin dekabr ayının 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həyatını itirmiş 30 nəfər neftçinin ili yenicə çıxmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button