2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Estoniya Şengen vizası olan Rusiya vətəndaşlarına sərhədləri bağlayır

Yayımlandı: 13 Avqust 2022 11:17

“Novaya qazeta. Baltiya”nın xəbəri

Məhdudiyyət tədbirlərinə bir sıra kateqoriyaya aid şəxslər məruz qalmayacaq

Saytların yığılması Saytlarin yigilmasi

Estoniya Şengen vizaları olan Rusiya vətəndaşlarına sərhədləri bağlamaq qərarına gəlib. Bununla yanaşı, bir sıra istisnalar tətbiq olunacaq.  

«Bir həftədən sonra Estoniya Respublikasının verdiyi Şengen vizalarına sanksiyalar tətbiq olunacaq. Həmin sanksiyaya görə, vizalar qüvvədə qalacaq, lakin viza sahiblərinə ölkəyə girərkən sanksiyalar tətbiq ediləcək, yəni onlara Estoniyaya giriş qadağan olunacaq», – Estoniyanın xarici işlər naziri Urmas Reynalsu hökumətin mətbuat konfransında məsələyə aydınlıq gətirib.  

Nazirin dediyinə görə, məhdudiyyət tədbirlərinə bir sıra kateqoriyaya aid şəxslər məruz qalmayacaq:

• Estoniyadakı diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri.

• Beynəlxalq yük və sərnişin daşımaları ilə məşğul olan şəxslər.

• Aİ qanunvericiliyinə görə azad hərəkət hüququna malik şəxslər.

• Estoniyaya girişi humanitar niyyətlə zəruri olan şəxslər, həmçinin Estoniya vətəndaşlığı və ya estoniyada oturum icazəsi olan şəxslərin yaxın qohumları.

«Estoniyada verilən Şengen vizalarının xeyli hissəsi faktiki olaraq qüvvədə qalır, lakin müstəsna hallara daxil olmayan şəxslərin ölkəyə girişi qadağandır», – o qeyd edib. 

 Reynalsu həmçinin qeyd edib ki, bu qərar təkcə Estoniyanın verdiyi vizalara aiddir, o, Şengen zonasına daxil olan digər ölkələrin verdiyi vizalara aid deyil. Bununla belə, gələn həftə Nazirlər Kabineti Şengen vizası olan bütün Rusiya vətəndaşlarına Estoniyaya girişi qadağan edəcək üsulları müzakirəyə çıxaracaq.   

Estoniya yaz fəslindən rusiyalılara turist vizaları vermir. İyulun sonunda Estoniya hökuməti Rusiya vətəndaşlarına müvəqqəti oturum icazəsini və təhsil məqsədilə vizaları qadağan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button