2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Estoniyanın sabiq prezidenti: Torpaqlarını hərbi yolla geri qaytarmaq Azərbaycanın haqqıdır

“Bu bir faktdır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və qaytarılmalıdır”.

Bunu APA-ya açıqlamasında Estoniyanın sabiq prezidenti Arnold Rüütel bildirib.

O qeyd edib ki, vasitəçi Minsk Qrupu mümkün qədər sülh yolu ilə məsələni həll etməli və tərəflər danışıqlar vasitəsilə münaqişəni nizamlamalıdırlar: “Amma, əgər Azərbaycan görsə ki, sülh yolu ilə məsələ həll olunmur və başqa çarə qalmır, o zaman hərbi yolla torpaqlarını geri qaytarmağa haqqı çatır”.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş prezident bildirib ki, ermənilər son vaxtlar Dağlıq Qarabağı Avropada “müstəqil dövlət” kimi tanıtmağa cəhdlər edirlər: “Amma bu uğursuz cəhddir. Əvvəla, azərbaycanlıların haqlı təbliğatı sayəsində artıq insanlar həqiqətdən xəbərdardırlar. Digər tərəfdən isə regionda, xüsusilə də digər dövlətin ərazisində ermənilərin ikinci dövlət qurmaq cəhdi heç bir normaya uyğun gəlmir və düzgün deyil”.

A.Rüütel onu da qeyd edib ki, son zamanlar azərbaycanlıların Estoniyada fəallığı digər Qafqaz xalqlarının, xüsusilə də, erməni icmasını üstələyib: “Məhz bunun sayəsindədir ki, Estoniya siyasətçiləri artıq Cənubi Qafqazdakı münaqişəyə Azərbaycanın ərazi bütövlüyü prizmasından baxırlar və Avropa Birliyində də mövqeləri budur”.

Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar…” adlı layihə çərçivəsində Şimali Avropa ölkələrində görüşlər keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button