2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Etdikləri səhvləri sonradan başa düşən BÜRCLƏR – Onlar nədən peşimandırlar?

İnsanlar bəzən etdiklərinə, bəzənsə etmədiklərinə görə peşman olurlar. Lakin bəzi insanlar daha sadə səbəblərdən təəssüf hissi keçirirlər və bu peşmanlıq uzun müddət davam edir.

Peşiman olmaq insanın bürcü ilə də sıx bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat bizim.media-ya istinadən ən çox peşman olan bürcləri və onların peşmanlıq səbəblərini təqdim edir:

1. Qoç

Qoçlar adətən tələskənlikləri və düşünmədən danışmaqları ilə fərqlənirlər. Bu əksər hallarda onların təmiz qəlbliliklərindən irəli gəlir. Onlar qarşılarındakı insanların da özləri kimi olduqlarını düşündüklərindən, düşünmədən hərəkət etmələri onlara problem yaradır. Qoçların ən böyük peşmanlıqları məhz düşünmədən etdikləri hərəkətlərdən qaynaqlanır.

2. Buğa

Bu bürcün nümayəndələri tənbəllikləri və laqeydlikləri ilə seçilirlər. Lakin həyatda fürsətlər insanların qarşısına hər zaman çıxmır. Buğaların ən böyük peşmanlığı da məhz qaçırdıqları fürsətlərlə bağlıdır.

3. Xərçəng

Xərçənglərin peşmanlıqları əksər hallarda onların həssaslıqları ilə bağlı olur. Belə ki, bu bürcün nümayəndələrinin tez-tez qırılan qəlbləri onların qarşısındakı insanlara aqressiv davranması ilə yekunlaşır. Nəticədə istəməyərəkdən insanların xətirlərinə dəydikləri üçün xərçənglər əsəbləri soyuduqdan sonra peşmanlıq yaşayırlar.

4. Tərəzi

Tərəzilərin peşmanlıqları qərar verməkdə çətinlik yaşamaqları ilə əlaqəlidir. Bu bürcün nümayəndələri əksər hallarda qərar verərəkən çoxluğun rəyinə diqqət ayırırlar. Bu isə sonda tərəzilərin “kaş öz bildiyim yoldan gedərdim”, – deyə təəssüflənməsi ilə nəticələnir.

5. Əqrəb

Əqrəblər hər zaman doğru dostlar seçmək bacarıqları ilə öyünürlər. Bu xüsusiyyətləri əqrəblərin dostlarına daha çox güvənmələrinə səbəb olur. Nəticədə dostları tərəfindən onlara qarşı atılan yalnış addımlar bu bürcün nümayəndələrinə ağır təsir göstərir. Buğaların ən böyük peşmanlıqları da məhz dost seçimlərindəki yalnışlıqlardan irəli gəlir.

6. Balıqlar

Balıqların həyatdan gözləntiləri digər insanlardan daha çox olur. Onlar xəyallar aləmində yaşamağı sevirlər. Lakin balıqların xəyalları əksər hallarda yaxınları tərəfindən absurd kimi qəbul edilir. Belə olan halda isə, yaxınlarına dəyər verən balıqlar onların sözləri ilə xəyallarından imtina edirlər. Nəticədə balıqlar xəyallarının ardınca getməməklərinin peşmanlığını çəkirlər.

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button