2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Etibar Pirverdiyevin “ailə biznesi”nin sonu

“Azenerji”də işçilərin geyimini Pərvanə Pirverdiyeva “istehsal edirdi”

Etibar Pirverdiyev “Azenerji” rəhbərliyindən azad edilməsi ilə onun bu qurum vasitəsilə həyata keçirdiyi “biznes şəbəkəsi” də təhlükə altına düşüb.

24saat.org xəbər verir ki, sabiq “Azenerji” sədrinin tutduğu postdan isifadə edərək, böyük tenderlər əldə etməsi, büdcə vəsailərinin məhz yaxınlarının şirktləri vasiəsilə taladığı barədə mediada kifayət qədər məlumalar dərc edilib. Belə ki, “Azenerji” üçün alınan avadanlıqlar və digər məhsullar da saxta tenderlrlərlə qohum-əqərəbalarına verilib.

24saat.org xəbər verir ki, “Azenerji”nin texniki əməkdaşlarının xüsusi geyim formasını Etibar Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevaya məxsus şirkət tərəfindən istehsal olunurdu. Bu geyimlərin hansı qiymətə “Azenerji”yə “satılması” isə biznes sirri kimi gizli saxlanılır.

Saytların yığılması Saytlarin yigilmasi

E.Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adı mediada milyonluq qalmaqallarda da hallanıb. Onun Azərbaycanda 2,4 milyon manata villa alması barədə yazılar dərc edilib.

Etibar Pirverdiyevin şirkəti Dövlət Bayraq Meydanının tikintisini də həyata keçirib. Bayraq dirəyinin sökülməsi zamanı dövlət rəsmiləri tərəfindən işlərin keyfiyyətsiz görülməsinin vurğulanması da Eibarı bitirən səbəblərdəndir.
Belə ki, 2007-ci ildən 2010-cu ilə qədər Dövlət Bayrağı Meydanının tikintisinə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik edib. Etibar Pirverdiyevə məxsus “Azenco” şirkəti Dövlət Bayrağı Meydanının tikintisindən böyük büdcə pulları əldə edib. Dövlət Bayrağı Meydanının tikintisinə və ətraf ərazidə bulvar zolağının uzadılmasına 3 il ərzində büdcədən 50 milyon manat sərf olunub. Bu qədər büdcə pulunun qarşılığında isə 1 nömrəli bayraq dirəyi cəmi 7 il sonra sökülməli oldu. Yəni oraya çıxan o oldu ki, bayraq dirəyini “yeyən” korroziya deyil, korrupsiyadır.

“Azenko”ya formal rəhbərliyi Etibar Pirverdiyevin qaynı həyata keçirsə də, fşirkət faktiki Etibar Pirverdiyevə məxsusdur. Şirkətin bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilir. “Azenko”nun bu qədər “şişməsinə” səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız “qalib” olmasıdır.

Etibar Pirverdiyevin xarici ölkələrdə dəyəri milyonlarla ölçülən ölçülən daşınmaz əmlakının olduğu vurğulanır. Həmçinin ölkə daxilində də çox sayda obyektləri və biznes şəbəkələri mövcuddur.
Kreslosunu itirən Pirverdyev və yaxınlarının biznesdəki “uğurlarının” iflasa uğrama prosesi başlayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button