2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Etimad İsmayılovu öldürən sabiq polis polkovniki tutuldu – VİDEO+FOTO

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Etimad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən şəxs saxlanılıb.

https://youtu.be/YmoVNxjAM0M

24saat.org türk mediasına istinadən xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs azərbaycanlı iş adamı Gözəl Dəmirovdur.
Azərbaycan KİV-də yazılan məlumatlara görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polkovnikdir.
Türkiyədə bir neçə şirkətə sahib olan Gözəlovun Azərbaycanda biznesinin olduğu iddia edilir.
Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Qətlin borc mübahisəsi nəticəsindndə baş verdiyi barədə də məlumalar var.

Saytların yığılması Saytlarin yigilmasi

Etimad İsmayılovun atası İlyas İsmayılov bildirib ki, D.Gözəlovun oğluna borcu olub. “Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub” – deyə İ.İsmayılov modern-ə bildirib.
O, açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.
“Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

İlyas İsmayılov Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimidir. O, ölkənin keçmiş baş prokuroru və müstəqillikdən sonra Azərbaycanın ilk ədliyyə naziri olub.
Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş deputatdır.

Etimad İsmayılovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib. Onun kim olması məlum olmasa da, Türkiyə mediasında saxlanılan şəxsin fotosu yayılıb.

Qeyd edək ki, Etimad İsmayılov öən axşam öz ofisində güllələnib. Onun başına başından 2, ürəyindən isə bir güllə vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını itirib.
Etimad İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. Onlar bir neçə ildir ki, Türkiyədə yaşayırdılar.

Şurnalist Sevil Nuriyeva qətllə bağlı açıqlama verməkdə çətinlik çəkib: “Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”

Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva “qlə bil dünya yıxılıb altında qalmışam” deyyə qafqazinfo-ya bildirib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button