2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Etiraz aksiyası keçirən bir neçə AXCP üzvü saxlanılıb

Onların məhkəməyə çıxarılacağı gözlənilir

AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı avqustun 20-də etiraz aksiyası keçiriblər.

Bu aksiya ilə onlar hakimiyyətin həbs etdiyi cəbhəçilərə ailə üzvləri ilə görüşə imkan verməməsinə etiraz ediblər.

AXCP üzvləri Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov bir-neçə ay əvvəl saxta ittihamlarla həbs olunublar və onlara ailə üzvləri görüşməyə imkan verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Etiraz edən cəbhəçilər saxlanılıb və onlar Yasamal Rayon Polis idarəsinin 28-ci bölməsinə aparılıblar. Ruslan Qurbanlı azad edilsə də, Nicat Abdullazadə, Bəşir Tarverdiyev və Ramin Əhmədov buraxılmayıb. Onların avqustun 21-də məhkəməyə çıxarılması güman edilir.

Natiq Həziquliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button