2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Etirazçı gəncə 30 sutka verilib

Oktyabrın 13-də səhər saatlarında hakim Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş qərargahının qarşısında siyasi fəalların həbsinə və Respublika Günü bayramının adının dəyişdirilməsinə etiraz edən gənclərdən biri – Elmir Abbasova 30 sutka inzibati qaydada həbs cəzası verildiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna gəncin yaxınları məlumat verib.

Onların bildirməsinə görə, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxınlarının vurğulamasına görə, o, məhkəmə prosesində deyib ki, polis bölməsində fiziki təzyiqə məruz qalıb. Başqa saxlananların isə buraxıldığı deyilir.

Bu məlumata, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma DİN birqayda olaraq polisdə saxlananlara fiziki təzyiq göstərməsi ilə bağlı şikayətləri təkzib edir.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, oktyabrın 13-də bir qrup gənc fəal Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) Sahil bağının yaxınlığındakı keçmiş qərargahı önündə etiraz aksiyası keçirməyə cəhd edib. (2018-ci ildən YAP oradan başqa ünvana daşınıb)

Onlar həbsdə olan siyasi fəallara azadlıq tələbi ilə aksiya keçirərkən “Rədd olsun irtica” şüarı da səsləndiriblər. Gənclər habelə Respublika Gününün adının dəyişdirilməsinə etiraz ediblər.

Ərazidə olan polis əməkdaşlarının aksiya iştirakçılarının bir neçəsini saxladığı bildirilir.

Bu həftə Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Artıq layihə iki oxunuşdan keçib. Layihədə Respublika Gününün (28 May) adının dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (18 Oktyabr) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunur.

DİN saxlananın olmadığını deyir

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a aksiya iştirakçıların saxlanması ilə bağlı deyilənləri təkzib edib: “Onlar ərazidən uzaqlaşdırılıb”.

Məsələyə, hələlik, YAP rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda ölkə həbsxanalarında 100 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button